Gender bərabərliyi üzrə Media konfransı öz işinə başlayıb... - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Gender bərabərliyi üzrə Media konfransı öz işinə başlayıb... +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, Dövlət Komitəsi və Avropa Şurasının birgə təşkilatçılığı ilə 23 yanvar 2019 ci ilin Hilton oteldə "Mediada Gender bərabərliyi" mövzusunda konfrans baş tutub. Konfransda bir çox media nümayəndələri eləcə də jurnalistika fakültəsinin tələbələri də iştirak ediblər. Eyni zamanda konfrans üçün Bolqarıstandan dəvət olunmuş, Avropa Şurasının eksperti, "Media 21" Fondunun prezidenti Dr. Bissera Zankova və Türkiyədən dəvət olunmuş, Avropa Şurasının eksperti, Bahçeşehir Universitetinin müəllimi xanım Gülbin Ayşe Karabat da çıxış ediblər.
Tədbir də həmçinin Jurnalistlər Həmkarlar Ittifaqının sədri Müşviq Ələsgərli də öz fikirlərini qonaqlarla bölüşüb. Onun sözlərinə görə, gender bərabərliyinin pozulmasına yol verən amilləri aradan qaldırmaq lazımdır və bu hər sahə də belə olmalıdır.
"Bu gün bir çox iş yerlərində, ha belə yüksək vəzifələrdə xanım nümayəndələrə rast gəlinir, bu sevindirici haldır. Bunu hər birimiz dəstəkləməliyik və xanımların daha da irəliləməsi üçün əlimizdən gələni əsirgəməməliyik". - deyə, Müşviq Ələsgərli bildirib.
3 gün davam edəcək konfransda, ekspert olaraq bir sıra hüquqşünas və vəkillərin, eləcə də Bakı Dövlət Universitetinin müəllim heyəti, KİV nümayəndələrinin iştirakı ilə " Gender bərabərliyi və Media sahəsində Avropa Şurasının standartları", "Gender bərabərliyi və Media: Azərbaycan qanunvericiliyi və təcrübəsi", "Cinsiyyətçi nifrət nitqi ilə mübarizə", "Gender məsələlərinin mediada işıqlandırılması", "Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar" adlı mövzulara aydınlıq gətiriləcək.
Müxbir: Ləman Bakuvi  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !