Külli miqdarda narkotik vasitə aşkar edildi - (+VİDEO)

Külli miqdarda narkotik vasitə aşkar edildi (+VİDEO)

 AZpress.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumata əsasən DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və Alməmmədov Elşad Gülağa oğlu saxlanılıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !