Skautlar İntellektə Doğru İntellektual Oyunu layihəsinin yekun mərhələsi Lənkəran şəhərində başa çatmışdır - (+FOTOLAR)

“Skautlar İntellektə Doğru” İntellektual Oyunu layihəsinin yekun mərhələsi Lənkəran şəhərində başa çatmışdır (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə 15 noyabr 2018-ci il tarixdən icrasına başlanmış “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsibaşa çatmışdır. 23 Yanvar 2019-ci il tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsində Lənkəran Skautları arasında İntellektual yarışma təşkil edilmişdir. Yarışmada 16-18 yaş qruplarında gənclərdən ibarət 8 komanda və hər komandada 5 nəfər təmsil olunub.

Yarışmanın açılışını giriş sözü ilə“Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsinin rəhbəri Orucəli Abbaszadə Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri eyni zamanda layihənin əhatə etdiyi rayonlar haqqında komanda üzvlərini məlumatlandırdı və iştirakçıları yarışmada fəal olmağa çağırdı. Növbəti çıxışda Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb və yarışmanın işinə uğurlar arzulayıb.

Lahiyəninmoderator təlimçi Famil Məmmədov oyunun qaydalarını iştirakçılara izah edib, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan edib.

Yarışma A və B qrup olmaqla iki qrupda 8 komanda mübarizə aparıb, hər qrupun ilk iki yer tutan komandası finala vəsiqə qazanıb. Yarışmanın sonunda 1-ci yer tutan “Maximum” komandası diplom və kubokla təltif edilmişdir. 2 və 3-cü yer tutan “Boş çoxluq” və “Standart” komandaları diplomla təltif olunmuşdur, və sonda bütün iştrakçılar seftikartla təltif edilib.

Bununlada “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsi Biləsuvar, Quba, Balakən və sonuncu olaraq Lənkəran şəhərində keçirilməsiynən başa çatmışdır.

Layihənin həyata keçirilməsində məqsəd gənc skautlarda intellektual bacaraqların artılması və intellektual düşünməsini təmin edilməsi, onlarda bu sahəyə bilgiləri artırmaq və əsasda layihədə iştirak edən skautların bunu öz rayon/şəhərlərindəbusahəüzrəişləringörməsindəköməkliyingöstərilməsi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !