Dövlət Gömrük Komitəsinin sədri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin üzvlərilə görüşüb -

Dövlət Gömrük Komitəsinin sədri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin üzvlərilə görüşüb

 AZpress.AZ xəbər verir ki, Yanvarın 24-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ölkəmizdəki nümayəndəliyinin (MÜSİAD) üzvləri ilə görüşüb.

Qonaqları səmimi salamlayan Komitə sədri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, iqtisadi əlaqələrin, eyni zamanda, gömrük sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sahəsində aparılan islahatlara toxunan Səfər Mehdiyev vurğulayıb ki, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması ilə bağlı görülən işlər, gömrük sisteminin strukturunda və kadr potensialının gücləndirilməsində həyata keçirilən yeniliklər, gömrük prosedurlarının sadələşdirilməsi, beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində atılan addımlar nəticəsində həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi
nailiyyətlər əldə olunub.

Artıq Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindəki gömrük sisteminə sahib olduğunu bildirən Komitə sədri, yeni layihələr barədə də qonaqları məlumatlandırıb, bu il fevralın 1-dən tətbiq ediləcək "Yaşıl dəhliz" buraxılış sisteminin ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə münbit şərait yaradacağını diqqətə çatdırıb. Səfər Mehdiyev, eyni zamanda, Azərbaycan gömrüyünün dünya gömrük ailəsinin etibarlı üzvünə çevrildiyini qeyd edib, 2019-cu ildə ölkədə narkotiklərlə mübarizə, informasiya texnologiyaları sahəsində mühüm tədbirlərin keçiriləcəyini bildirib.

MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətlərinin daim inkişaf etdiyini qeyd edib, Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün bütün sektorlarda olduğu kimi, gömrük sahəsində də münbit şəraitin yaradıldığını diqqətə çatdırıb. Təmsil etdiyi qurum haqqında məlumat verən İdarə Heyətinin sədri MÜSİAD-ın dünyanın bir çox ölkəsində nümayəndəliklərinin fəaliyyət göstərdiyini, minlərlə biznes nümayəndəsini birləşdirdiyini bildirib.

Azərbaycan gömrük sistemində aparılan islahatları yaxından izlədiklərini və müsbət qiymətləndirdiklərini diqqətə çatdıran MÜSİAD təmsilçisi görülən işlərin iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !