Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir - (+FOTOLAR)

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 25 yanvar tarixindən 27 yanvar tarixinədək Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Yol hərəkəti qaydalarına hamılıqla riayət edək” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 13 yaşayış məntəqəsindən (Astara, Bakı, Füzuli, Göyçay, Kürdəmir, Qazax, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Sumqayıt, Şabran, Şəmkir) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun 6300 (altı min üç yüz) manatlıq maliyyə və dəstəyi ilə 3 günlük təlim kurslarının keçirilməsinə başlanılmışdır. Təlim kurslarında 15 nəfər oğlan və 10 nəfər qız iştirak edir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin müfəttişi kapiatan Emil Vəliyev, təlimçi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil cənab Ehtiram Fəttayev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.

Təlim kursunda işçi heyətlə iştirakçılar arasında yol hərəkəti qaydalarına dair bir çox mövzuların: “Yol hərəkəti qaydaları haqqında ümumi məlumat, Yol hərəkəti iştirakçıları kimlərdir? Yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri nələrdən ibarətdir? Yol-nəqliyyat hadisələri ilə əlaqədar BMT-nin və ÜST-nın statistik məlumatları, Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası və onların təhlili, Gündəlik yol hərəkəti qaydaları hansılardır? Əsas yol hərəkəti nişanları və onların təsnifatı, DİN: Yol hərəkəti qaydalarının pozulması zamanı baş verən cinayət hadisələrinin statistikası, Gündəlik həyatda baş verən yol hərəkəti qaydalarının pozulması və onların səbəblərinin araşdırılması, Gündəlik həyatda baş verən yol-nəqliyyat hadisələri və onların fəsadlarının qiymətləndirilməsi, Gündəlik həyatda baş verən yol-qəza hadisələri və onların həlli yollarının müzakirəsi, Yol-qəza hadisələri ilə mübarizə sahəsində milli və beynəlxalq təcrübənin müqayisəli təhlili, Yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutuan məsuliyyət – inzibati cərimələr, Yol-nəqliyyat hadisəsini törədən şəxsin əməlində məsuliyyətin müəyyən edilməsi və qanunun tətbiqi, Yol-nəqliyyat hadisəsinə məruz qalan şəxslərin hüquqlarının təmin olunması üsulları,Yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının aparılması mexanizmləri – sosial aksiyaların təşkili, Azərbaycanda yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində aidiyyəti qurumların rolu, Azərbaycanda yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində QHT-lərin yeri və rolu, Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilə biləcək müvafiq tədbirlər” müzakirə olunması və 3 günlük təlim sessiyası ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından geniş istifadə olunmasını planlaşdırır.

Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi, eləcə də, gənclərə yol hərəkəti qaydalarına dair aidiyyəti bukletlərin və təqdimatların verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 05 dekabr 2018-ci il – 05 mart 2019-cu il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi yol hərəkəti qaydaları ilə əlaqədar yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri sahəsində gənclərin və gənc jurnalistlərin ölkə miqyasında maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.
Əlavə edək ki, təlim kurslarından öncə Azərbaycanın 24 müxtəlif yaşayış məntəqəsindən (Ağdaş, Astara, Bakı, Cəbrayıl, Füzuli, Gədəbəy, Gəncə, Göyçay, Xanlar, Kürdəmir, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Sabirabad, Sumqayıt, Şabran, Şəmkir, Yardımlı, Yevlax, Zərdab) 51 nəfər gənc ərizəçi (35 oğlan və 16 qız) təlim kurslarında iştirak etmək üçün ictimai birliyə müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (15 oğlan və 10 qız) təlimdə iştirak etmək hüququ qazanmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )