AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib - (+FOTOLAR)

AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib. Tədbirdə Büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli iştirakçıları gündəliklə tanış edib.

İlk olaraq elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin elmi müəssisələrinin, həmçinin kənar təşkilatların humanitar elmlər sahəsində 2018-ci ildə əldə etdikləri mühüm nəticələri müzakirə olunub. Mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış ediblər. Çıxışlar dinlənildikdən sonra bölmə müvafiq qərar qəbul edib.

Bölmənin digər qərarları ilə Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə kadr məsələləri də müzakirə olunub. Bölmə sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevanın Memarlıq və İncəsənət İnstitutunun Təhsil şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul edib. Filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiq edilib.

Sonda cari məsələlərə baxılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !