Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyin təşkilatçılığı ilə İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirildi - (+FOTOLAR)

Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyin təşkilatçılığı ilə İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 25 yanvar 2019-cu ildə saat 1200 - da Azərbaycan İstiqlal Muzeyində Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyin təşkilatçılığı ilə də tanınmış şair İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirildi.

İsmayıl İmanzadə 1946-ci ildə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub. Uzun müddət Cəbrayıl rayon məktəblərində müəllim, sonrakı illərdə dövlət qulluğu vəzifələrində çalışıb. Onun bütün yaradıcılığı doğma yurd yerində - Cəbrayılda keçib. 1993-cü ilin avqust ayında Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunandan sonra onun taleyi Mingəçevir şəhəri ilə bağlı olub. 20 ildən artıqdır ki, AYB Mingəçevir bölməsinin sədridir. Bu müddət ərzində Mingəçevirdə ədəbi mühitin formalaşmasında onun böyük əməyi olmuşdur. 30-a yaxın ədəbi-bədii-publisistik kitabları çap olunub. Onun yaradıcılığında əsas yeri vətən, torpaq, yurd ağrıları təşkil edir. Doğma yurd yeri işğal olunandan sonra şairin bütün yaradıcılığı bu mövzu üzrə köklənmişdir. Bundan əlavə İ.İmanzadənin yaradıcılığında sevgi-məhəbbət motivləri, təbiət gözəlliklərinin təsviri əsas yer tutur.

Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında şair İ.İmanzadənin sözlərinə bəstələnmiş musiqilər, şairin şerləri səsləndirildi .

Tədbirdə tanınmış ziyalılar, yazıçılar, şairlər, Cəbrayıl rayon İcra hakimiyyətinin nümayəndələri, Biləsuvar Regional Mədəniyyət İdarəsinin nümayəndələri və digər qonaqlar iştirak etdilər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )