MEK məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları mövzusunda tədbir keçirib - (+FOTOLAR)

MEK məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları mövzusunda tədbir keçirib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları"nın açıq siyahısı Milli Rəqəmsal Yaddaşda” mövzusunda tədbir keçirib.

MEK direktoru Leyla İmanova ötən il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edildiyini deyib.
Direktor AMEA-da və kitabxanada bu münasibətlə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb.
O, çalışmaların davam etdiyini qeyd edib. L.İmanova MEK tərəfindən hazırlanmış və Milli
Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilmiş məzarı tapılmayan azərbaycanlı azadlıq və
repressiya qurbanlarının siyahısının tərtib olunduğunu, siyahının açıq saxlanıldığını, gələcəkdə də
əlavələrin edilməsinin mümkün olduğunu bildirib. Qeyd edib ki, bu təşəbbüs həm də bu sahədə
çalışan təqdiqatçıları birgə fəaliyətə çağırış xarakteri daşıyır.

Tədbirdə MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova təqdimatla çıxış
edib. O, bolşeviklərin Azərbaycandakı ağalığı dövründə insanların təqib və böhtanlara məruz
qaldığını, qırmızı terror nəticəsində minlərlə şəxsin öldürüldüyünü söyləyib. Həmin illərdə
Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim,
yazıçı, müəllim və din xadiminin Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edildiyini
bildirib. N.Həsənova MEK tərəfindən “Xaricdə yaşamış azərbaycanlıların məzarları” adlı
kolleksiyanın hazırlandığını diqqətə çatdırıb: “Kolleksiya üzərində işləyərkən apardığımız
araşdırmalardan bəlli oldu ki, AXC süqut etdikdən sonra respublikanın yaradılmasında iştirak
etmiş insanların çoxu repressiya qurbanlarına çevrilib. Repressiya qurbanları sürgün olunduqları
yerdə dünyasını dəyişdiyindən harada dəfn olunmaları haqqında heç bir məlumat göstərilməyib”.
N.Həsənova qeyd edib ki, bunu nəzərə alaraq, MEK tədqiqatçıların yazılarından istifadə etməklə,
həmin insanlar haqqında “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları” adlı
siyahı hazırladı. Onun sözlərinə görə siyahı araşdırmaçı Şəmistan Nəzərlinin “Arxivlərin sirri
açılır” əsəri, Nəsiman Yaqublunun cümhuriyyətlə bağlı yazıları və müxtəlif internet
portallarındakı məlumatların əsasında tərtib edilib. N.Həsənova qeyd edib ki, siyahının bir
hissəsində AXC dövründə xaricdə təhsil alan şəxslərin adları yer alır, digər hissə isə
tamamlanmayıb. MEK-in bölmə rəhbəri əlavə edib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil
edilərək, kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib və oxucuların istifadəsinə
verilib.

Sonra çıxış edən “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı,
yazıçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, BDU-nun Jurnalistika fakültəsinin elmi işçisi
Samir Xalidoğlu, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Məhfuzə Zeynalova,
MEK-in Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü mövzuyla bağlı fikirlərini bildiriblər. Bugünə qədər
repressiya qurbanları ilə bağlı aparılmış tədqiqatlardan, nəşr edilmiş kitablardan söz açıblar.
Siyahının daha da genişləndirilməsi məqsədi ilə istifadə edilə biləcək mənbələrə dair təkliflərini
səsləndiriblər.

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin irsi olan, tariximizi və dəyərlərimizi təsdiqləyən
mühacirət arxivləri sənədlərinin Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına
təqdim etdiyinə görə araşdırmaçı Əfqan Vəliyevə MEK-in Təşəkkürnaməsi təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !