Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda mini stadionun açılışı olub - (+FOTOLAR)

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda mini stadionun açılışı olub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda mini stadionun açılışı olub. Açılışda İnstitutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA Rəyasət Heyəti Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və Həmkarlar Komitəsinin (HK) sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak edib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O bildirib ki, Fizika İnstitutunun Həmkarlar Komitəsiistər AMEA-nın, istərsə də İnsitututun tədbirlərində fəal iştirak edir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, idman sağlamlıq deməkdir. Ona görə də gənclər elmlə yanaşı, idmanla da məşğul olmalıdırlar. O, sağlam gəncin elmin bütün sahələrində, həmiçinin digər fəaliyyət sahələrində də uğur qazanacağını qeyd edib. N.Məmmədov vurğulayıb ki, dövlətin idmana göstərdiyi qayğını əsas götürərək Fizika İnstitutunda da əməkdaşların ailə üzvlərinin, gənc mütəxəssislərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün İnsitutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə mini stadion istifadəyə verilib.
Açılış mərasimi H.Qurbanovun çıxışı ilə davam edib. O,Fizika İnstitutunun rəhbərliyinə və HK sədri S.Bağırovaya təşəbbüsə görə minnətdarlığını bildirib. O bildirib ki, I və II Spartakiada çərçivəsində keçirilmiş yarışlar Fizika İnstitutunda təşkil olunub. H.Qurbanov Fizika İnstitutu elm sahəsində beynəlxalq səviyyədə nailiyyətlər qazandığı kimi, artıq AMEA-da idmanın mərkəzi hesab olunduğunu vurğulayıb. O təklif edib ki, əməkdaşların övladları üçün futbol komandası təşkil olsun və onlar burada məşqçi nəzarəti ilə məşq etsinlər.

Sitarə Bağırova bildirib ki, mini stadionun hazırlığı 3 ay davam edib. Stadionda badminton, mini voleybol, mini baketbol və İnstitutun futbol komandasının məşqi üçün hərtərəfli şərait yaradılıb. Nahar fasiləsindən başqa, işdən sonra və şənbə, bazar günləri daxil olmaqla əməkdaşların ailə üzvləri mini stadiondan istəfadə edə bilərlər. O, yaradılan şəraitə görə İnstitutun rəhbərliyinə, xüsusən, akademik Nazim Məmmədova və AMEA Rəyasət Heyəti AHİ-nin sədri Habil Qurbanova kollektiv adından minnətdarlığını bildirib.

Məryəm Rafaelqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !