ASK-nın Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib - (+FOTOLAR)

ASK-nın Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. İclasda Konfederasiyanın cari ildə iş planı, üzvlük strategiyasının hazırlanması, ASK-nın ümumi strukturunun, komissiyaların və regional nümayəndəliklərin təşkili və 2019-cu ildə ASK-nın təsis edilməsinin 20-ci il dönümü ilə əlaqədar tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

 

Struktur dəyişikliyi çərçivəsində Konfederasiyanın İctimaiyyətlə əlaqələr və kadrlar şöbəsinin Dövlət orqanları və Sahibkarlarla iş şöbəsi ilə birləşdirilərək Sahibkarlarla iş və kommunikasiya şöbəsi, Hüquq və əmək münasibətləri şöbəsinin Hüquq və sosial tərəfdaşlıq şöbəsi, Beynəlxalq əlaqələr və Biznesin İnkişafı şöbəsinin Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi adlandırılması təklif olunub. (Təklif edilən struktur və onun tərkibi emaila əlavə olunub). Bundan başqa qeyd olundu ki, yaxın vaxtlarda ASK yeni ünvanda fəaliyyət göstərəcək və bunun üçün artıq razılaşma əldə olunub. Qeyd edək ki, hazırda ASK Bakı şəhəri, Həsən Əliyev küçəsi 57 ünvanında icarəyə götürülmüş binada fəaliyyət göstərir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !