“Gənclik“ festivalı həyata keçirilib - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Gənclik“ festivalı həyata keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 2 fevral Gənclər günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Qaradağ rayon İcra Hakimiyyətinin və “Kainat” Tədris mərkəzinin dəstəyi, Qaradağ Gənclər Evinin təşkilatçılığı ilə 26 yanvar tarixində “Gənclik“ festivalı həyata keçirilmişdir. Festivalın keçirilməsində məqsəd müxtəlif fəaliyyətlərin təşkil olunması ilə “2 Fevral Gənclər günü”nün mahiyyətinin çatdırılması və gənclərin birgə əyləncəli vaxt keçirmələri üçün mühitin təşkil olunmasıdır. Ümumilikdə 5 saat davam edən festivalda təşkil olunan yarış və fəaliyyətlərdə ümumilikdə 315 gənc iştirak etmişdir.

Festival 4 hissədən ibarət olmuşdur:

1) “Məktəblilər arası Xəmsə Çempionatı” – Festivaldan öncə 4 orta məktəbi təmsil edən 8 komanda arasında Xəmsə çempionatı keçirilmişdir. Oyunun nəticələri isə Festival müddətində elan olunaraq qaliblər medal, kubok və sertifikatla təltif olunmuşdurlar.

 

2) Konsert proqramı – Sahil qəsəbəsindən olan istedadlı gənclərin iştirakı ilə hazırlanan konsert proqramında müxtəlif musiqi janrlarında musiqilər ifa olunmuş, rəqs qruplarının rəqs nömrələri nümayiş olunmuşdur.

 

3) Fəaliyyət stendləri – Festival ərazisində qurulmuş 5 stentdə müxtəlif (puzzle yarışı, stolüstü oyunlar, rəsm yarışı, xəmsə yarışı, face art və oriqami) yarışlar və fəaliyyətlər hazırlanmışdır. Yarışlarda qalib gələn gənclərə hədiyyələr təqdim olunmuşdur.

 

4) Məlumtlandırma və sorğu – Festival ərazisində yerləşdirilmiş məlumatlandırma stendində könüllülər tərəfindən gənclərə və qəsəbə sakinlərinə Gənclər Evi haqqında məlumatlar verilmiş, üzvlük üçün müraciət etmiş 45 gənc qeydiyyata götürülmüş və qəsəbə sakinləri arasında Gənclər evinin növbəti fəaliyyətlərinin tənzimlənməsi məqsədilə sorğu keçirilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )