Rus dramaturgiyası Azərbaycan səhnəsində adlı mühazirə... - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

“Rus dramaturgiyası Azərbaycan səhnəsində“ adlı mühazirə... + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

AZpress.AZ xəbər verir ki, tədbirin açılışı zamanı, Muzeyin elmi əməkdaşı Mətanət Dadaşova “Rus dramaturgiyası Azərbaycan səhnəsində“ adlı mühazirəsində vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş rus mənşəli teatr rejissorularından respublikamızın xalq artisti Aleksandr Tuqanovun, Aleksandr İvanovun, Serqey Mayorovun, Yakov Varşavskinin həyat və yaradıcılıqlarından bəhs edərək, eyni zamanda dinləyicilərə onların quruluşunda hazırlanmış tamaşalardan fotolar və eskizlər təqdim edilib. Tədbir “Rus mənşəli rejissorların Azərbaycan teatrında rolu” mövzusu ətrafında muzeyin digər elmi əməkdaşı Nurtən Şabanova çıxışı ilə davam edib. N.Şabanova Azərbaycanın görkəmli teatr rejisssorları, xalq artistləri Ələsgər Şərifovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun həyat və yaradıcılıqlarından danışıb, həmçinin onların quruluş verdiyi teatr tamaşalarını əks etdirən kadrlardan ibarət video-çarx nümayiş etdirilib.
Mühazirə saatı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Rusiyanın Azərbaycandakı Səfirliyinin tərkibində fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə Bakı şəhəri Nərimanov rayonunun rus icması, Kazak Atamanları cəmiyyətinin üzvləri, muzey əməkdaşları iştirak etmiblər.
Sonda isə qonaqlar muzeyin ekspozisiya zalları ilə yaxından tanış olublar, onlara muzey əməkdaşı tərəfindən ekskursiya aparılıblar.
Müxbir: Ləman Bakuvi  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !