Lənkəran şəhərində "Sən də könül ver" gənclər arasında könüllülük istiqamətində maarifləndirmə işləri aparılır - (+FOTOLAR)

Lənkəran şəhərində "Sən də könül ver" gənclər arasında könüllülük istiqamətində maarifləndirmə işləri aparılır (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Diqqətinizə “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Lənkəran şəhər “Gənclər və İdman idarəsi”nin təşkilatı dəstəyi ilə "Sən də könül ver" gənclər arasında könüllülük istiqamətində maarifləndirmə işlərinin aparılması layihəsi ilə bağlı məlumatı çatdırmaq istəyirik. Belə ki, Lənkəran şəhərində keçirilən layihə çərçivəsində müsabiqə əsasında seçilmiş 25 gənc 27.01.2019 - 28.01.2019 tarixlərində Lənkəran şəhərində təlimdə iştirak etmiş, karyera, kollektiv fəaliyyət və vətəndaş cəmiyyətinin inkişafında könüllüyün rolu mövzusunda nəzəri biliklər almış və müxtəlif ölkələrin modelləri ilə tanış olmuşlar. Eyni zamanda təlim iştirakçıları cəmiyyətdə və xüsusən gənclərin həyatında mövcud problemlərin araşdırılması, onların həlli ilə bağlı təhlil işlərinin aparılması və layihə şəklində icrası istiqamətində fərqli modellər (simulyasiya) üzərində qruplar şəklində işləmək imkanı əldə etmişlər. Təlim iştirakçılar üçün həm məlumatlılıq, həm interaktivlik baxımından maraqla qarşılanmış və təlim sonrası keçirilən sorğu nəticələrinə əsasən stimul verici (gələcəkdə bənzər təlimlərdə fəal iştirak, digər təlim iştirakçıları ilə dostluq əlaqələri qurmaq, könüllü fəaliyyətlərə təşəbbüs göstərmək və s.) olmuşdur. Təlim sonrası təlimçilərə sertifikatlar təqdim edilmişdir.

Layihə ilə bağlı məlumatın ictimailəşdirilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edir, icrasının mümkünlüyü halında Sizlərə öncədən dərin minnətdarlığımızı bildiririk.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !