“Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin final turu Lənkəranda baş tutdu - (+FOTOLAR)

“Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin final turu Lənkəranda baş tutdu (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə 15 noyabr 2018-ci il tarixdən icrasına başlanmış “Vətənim Azərbaycan” intellektual oyunu layihəsi çərçivəsində 29 yanvar 2019-cu il tarixində Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində rayonu üzrə final turu baş tutdu. Yarışmada 17-23 yaş qruplarında gənclərdən ibarət 6 komanda finalda mübarizə aparmışıdr.

Yarışmanın açılışını giriş sözü ilə başlayan “Vətənim Azərbaycan” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırdı və iştirakçıları yarışmada fəal olmağa çağırıb. Növbəti çıxışda Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi müavini Elbəy Fətəliyev dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb və yarışmanın işinə uğurlar arzulayıb.

“Maximum” Təhsil Mərkəzinin direktoru, Layihə eksperti Rəşad Abbaszadə oyunun qaydalarını iştirakçılara izah edib, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan edib.
Yarışmada əsasən Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasını əhatə edən suallar səsləndirilib. Yarışmada 1-ci yeri Therion, 2-ci yer Aysberq, 3-cü yerləri Gələcəyin Ümidləri komandaları qazanmışdır. Məlumat üçün qeyd edək ki, ilk 3 yer tutan komandalar diplom, 1-ci yer tutan Therion komandası kubok verilmışdır. Əlavə olaraq bütün iştrakçılar sefitikartla təltif edilmişdır.
Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan tarixi və mədəniyyətini intellektual oyunlar vasitəsi ilə gənclər arasında təbliğ etmək, fəal və intelektli gəncləri üzrə çıxartmaq, region və respubilka turnirlərində onların iştirakına dəstək olmaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )