Şair-dramaturq Orxan Bahadırsoyun yeni kitabı işıq üzü görüb - (+FOTO)

Şair-dramaturq Orxan Bahadırsoyun yeni kitabı işıq üzü görüb (+FOTO)

 AZpress.AZ xəbər verir ki, "Kimsəsizlər Sığınacağı" adlı bu kitabda müəllifin müxtəlif mövzulu şeirləri, hekayələri və pyesləri yer alıb.

Bundan əvvəl “Fahişə Mələklər” (2012), “Günahdır səni sevmək” (2014) və “Şeir Adam” (2016) adlı kitabları çap olunan müəllifin yeni kitabında lirik-romantik və fəlsəfi şeirləri, “Saliva, “Ulduzların arasında”, “Baldırğan otu” hekayələri, “Saçını satan aktrisa”, “Kimsəsizlər Sığınacağı”, “Zaman maşını” və “Terror” pyesləri toplanılıb.

“Kimsəsizlər Sığınacağı” kitabının təqdimat və imza mərasimi Fevral ayının 8-i saat 19:00-da ADO teatrında keçiriləcək. Mərasim 2 saat boyunca davam edəcək.

Kitabın təqdimat və imza mərasimində müəllifin bundan əvvəl çap olunan kitablarını da əldə etmək mümkün olacaq. Mərasimdə Orxan Bahadırsoyun şeirləri həm müəllifin özü tərəfindən, həm də gecənin xüsusi qonaqları olan aktyorlar tərəfindən səsləndiriləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !