JTİ şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib - (+FOTOLAR)

JTİ şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli QHT Forumu (MQF) və “JTI Caucasus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə 31 yanvar 2019-cu il tarixində Samux rayonunun Sərkər kəndinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi keçirilib.

Samux rayon Sərkər kəndinin icra nümayəndəsi cənab Təhmasib Əliyev açılış edərək, qonaqları və kənd sakinlərini salamladı.

Sonra sözü Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə verdi. İcra başçısı Sərkər kəndində su layihəsinin açılış mərasimində çıxış edərək MQF-ə və “JTI Caucasus” şirkətinə bu layihəni gerçəkləşdirdiklərinə görə öz dərin minnətdarlığını bildirdi.

O həmçinin regionların sosial-iqtisadi inkişafı çərçivəsində bütün istiqamətlərdə nəailiyyətlərin əldə olunması, ölkə prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə regionlarda, rayonlarda, kəndlərdə suyun, işığın, qazın, yol infrastrukturunun təmin olunması, əhalinin sosial rifahının artırılması və digər bu kimi məsələləriçıxışında vurğuladı.

Daha sonra Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin Regionların Sosial-İqtisadi İnkişafı çərçivəsində regionların sürətli inkişafını qeyd etdi və Samux rayonunun da bu mənada xeyli inkişaf etdiyini vurğuladı. Su layihəsinə dəstək verdiyinə görə Samux rayon İcra Hakimiyyətinə və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi.

“JTI Caucasus” şirkətinin meneceri cənab Əli Verdiyev MQF ilə birlikdə 11-ci layihənin icra olunduğunu qeyd edərək MQF-ə və Samux Rayon icra başçısına öz dərin təşəkkürünü bildirdi. O həmçinin JTI şirkətinin MQF ilə birlikdə həyata keçirdiyi 11 layihəni, ümumilikdə isə Azərbaycanda 13 belə layihə həyata keçirdiklərini vurğulayaraq, layihənin icrası nəticəsində qırx min vətəndaşın içməli su ilə təmin oldugunu qeyd edib..

Layihənin rəhbəri Günel İbrahim 11-ci layihənin həyata keçirildiyini qeyd etdi və JTI şirkətinə öz təşəkkürünü bildirdi. O həmçinin əlavə edərək bildirdi ki, belə layihələrin həyata keçirilməsi rayonlarda, xüsusilə də Samux rayonunda davam etdiriləcəkdir.

Həmçinin rayonun kənd sakiniRəhilə Həsənova su layihəsinin açılışına görə təşkilatçılara və dəstəkçilərə öz minnətdarlığını bildirdi.

Bununla da, layihənin açılış mərasimi uğurla başa çatdı və tədbirdə iştirak edənlər yeni çəkilmiş bulağın suyundan daddılar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !