AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi görüş keçirib - (+FOTOLAR)

AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi görüş keçirib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katib vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyev ilə AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə parkın rezidentlərindən olan “Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti və «Millers Oils Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan ümumilikdə 100-dən çox adda məhsulun (müxtəlif təyinatlı sürtgü yağları, maddələr, qatqılar və s.) tərkibi və qiyməti baxımından öz sinfində dünya üzrə məşhur istehsalçıların analoqları ilə müqayisədə sərfəli olması barədə müzakirələr aparılıb və onların dünya bazarında satış imkanları nəzərdən keçirilib.

Müzakirələr zamanı məlum olub ki, istehsal olunan məhsulların nəinki xarici bazarlarda, hətta daxili bazarlarda belə satışının təşkilində müəyyən çətinliklər mövcuddur. Həmçinin bildirilib ki, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamda “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsinə dair aidiyyəti dövlət strukturuna tapşırığın verilməsinə baxmayaraq, hazırda bu mexanizmin işlənməməsi səbəbindən məhsulların satışı həyata keçirilmir. Bildirilib ki, bu da öz növbəsində ölkədə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq məqsədilə ölkənin valyuta ehtiyatlarının artırılması istiqamətində aparılan siyasətinə, eyni zamanda həyata keçirilən çoxsaylı tədbirlərə dəstək imkanlarını məhdudlaşdırır.
Görüşdə həmçinin digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !