Lənkəranda Gənclər Günü qeyd olunub - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev)

Lənkəranda Gənclər Günü qeyd olunub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

2 Fevral-Gənclər Günü münasibətilə Lənkəranda ümumrayon tədbiri keçirilib. AZpress.AZ xəbər verir ki, tədbirdən öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaroşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir qrup gənc Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gənclərə bayram təbriklərini çatdırıb. Natiq ölkədə və rayonda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən ötrü görülən işlər barədə ətraflı söz açıb.
Taleh Qaraşov lənkəranlı gənclərin bundan sonra da doğma şəhərin inkişafında, onun daha da gözəlləşməsində yüksək siyasi fəallıqla iştirak edəcəklərinə əminliyini ifadə edərək, onlara ictimai həyatda, təhsildə, idmanda, çalışdıqları bütün sahələrdə uğurlar arzulayıb.
Sonra İcra başçısı rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bir qrup fəal gəncə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
Tədbir gənclərin təqdimatında maraqlı əyləncəli konsert proqramı ilə başa çatıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )