Əlyazmalar İnstitutunda Gənclər günü qeyd olunub -

Əlyazmalar İnstitutunda Gənclər günü qeyd olunub

 AZpress.AZ xəbər verir ki, AMEA Məhəmmıd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan gəncləri gününə həsr edilmiş tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov və elmi katib fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli Gənclər Günü münasibətilə gənc əməkdaşları təbrik edib, onlara həyatda və elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, institut rəhbərliyi tərfindən gənclərə daim xüsusi diqqət və qayğı göstərilməsindən danışıb və gənclərin də hər zaman bu etimadı doğrultduğunu vurğulayıb.

Sonra söz alan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d. Aytən Quliyeva Ümummilli Lider Heydər Əliyevin xüsusi Sərəncamı ilə təsis ediləm bu bayram gününün tarixi əhəmiyyətindən bəhs edib. O, Ümummilli Liderin əsasını qoyduğu Dövlət gənclər siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncləri 2017-2021-ci illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının Respublikada gənc nəslin hərtərəfli inkişafına böyük töhfələr verdiyini qeyd edib və gənc alimlər üçün böyük perspektivlər yaratdığını bildirib.

Tədbirdə çıxış edən fil.ü.f.d. Tünzalə Seyfullayeva Gənc Alim və Mütəxəssislər Şurasının gənclərin qarşısına qoyduğu vəzifələrdən söz açıb. Tədbirin sounda çıxış edən ilah.ü.f.d., dosent Əkrəm Həsənov isə AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının yaranması tarixindən və onun son illər ərzində gördüyü işlərdən danışıb. O, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilən Büro üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda gənclər xatirə şəkli çəkdiriblər.

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !