Aida Eyvazlı: - ... Çılpaqlıq həqiqətin özüdür. Həqiqətin donu olmur... (ViDEO+FOTOLAR)

Aida Eyvazlı: ... Çılpaqlıq həqiqətin özüdür. Həqiqətin donu olmur... (ViDEO+FOTOLAR)

 

Вir neçə gün bundan əvvəl Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar
İttifaqının və “PEN” Beynəlxalq ədəbiyyat Təşkilatının üzvü, Mədəniyyət
Nazirliyinin “Söz” Ədəbiyyat layihəsinin rəhbəri Nigar Həsənzadənin “Bilıək”-
“Запястья” kitabınn təqdimatı oldu.
Təzə kitab, təzə yazılan şer müəllifi üçün bayramdır, yenidən doğuluşdur, əzizdir,
canından ayrılmayan candır. O kitabda ki, yuxusuz gecələrin, yorğun gündüzlərin,
qarışıq röyaların, ağrıların, sevinclərin toplana... Onu da biləyini stolun üstünə
qoyub qələmlə ağ kağıza köçürüb, kağızı qaralayıb ağrıdasan... Sonra da bu ağrılı,
dərdli, bəxtiyar sözləri dostların əhatəsində yenidən badə kimi qaldırıb başına
çəkəsən.
O badəni ki, “Biləy”in olmasa başına çəkə bilməyəcəksən.
Biz də “Bilək” “Запястья” – kitabının müəllifi Niqar xanım Həsənzadənin ürək
çırpıntılarını dinləmək üçün, Beynəlxalq Müğam mərkəzində idik.
Nigar Həsənzadə bu dəfə də fərqlilik nümayiş etdirdi. Öyrəşdiklərimizin əksinə
olaraq, kitabını özü təqdim etdi. Şerlərini oxudu. Bizi sözlərinin sehrinə saldı.
Nigarın şerlərini oxuyanda orada bir sərgədan sufi ruhu görürsən. Onun “Günləri
ömr evinə bəzən fikirli, bəzən xoşbəxt, bəzən də çoxdan gözlədiyi qonaq kimi
gəlir. O günlərini evində gözləyir. Maraqlıdır deyilmi?! Elə günləri olur ki,
getməsini istəmir, elə günləri olur ki, günün özündən yorulur...
Bəzən bizim fərqinə varmadığımız günləri evnin qonağı edən Nigarın evindəki
çarpayı da, ağ mələfələr də, pəncərədən süzülən işıq da, odaqları isladan göz
yaşları da hisllərinin doğulduğu məkan ev biçimindədir. Nigar ətrafında olan
bütün cansız əşyalara can verir, onların dilində danışır, onları duyur. Əslində
şairlik elə budur, aşiqlik elə budur. O ətrafdakı hər şeyi, ağacı, da pəncərəni də,
dağı da, ağ mələfəni, insanın bədənini də, günəşi də tam çılpaqlığı ilə görür və
duyğularınıl çılpaqlaşdırır. Axı çılpaqlıq həqiqətin özüdür. Həqiqətin donu olmur.
“Ürəymi sətirlərim cırmaqlayır,
Sevilməyənləri sevib, açılan səhərləri tumarlayır...
Tənha heyvanlarçün yuva da qurur,
Sonsuz yuxulara, əlamətlərə inanır...
Hansı asandır? Deyim, heç özüm də inanmıram cavabıma:
İnsanın qəlbi. Heyvanın isə dərisi.”.

Beləcə insanın öz qəlbində qurub-yaratdığı səhnələri pəncərə-pəncərə, işıq-işıq,
cığır-cığır yığaraq birləşdirmək istəyir. Misra-misra şerləşdirir.
Onun şerlərini oxuyanda bir daha əmin olursan ki, o özünü keçmiş ilə, dünən ilə
müqayisə edir, və həm də bu gündür, bu günün çılpaqlığıdır onun düşüncələri.
Onun şerlrinin qəhrəmanı bədənnüma güzgü qabağında dayanıb, güzgüdən
görünən cismlə çarpışır, çünki Tanrının yaratdığı ən mükəmməl əsər İNSANDIR!
Və o insanın bədəninin hər əzasında sufi kimi gəzişərək, haqqa yol axtarır. Güclü
olmaq istəyir. Və bir də Nigar ona görə fərqlidir ki, Tanrının digər yaratdığı güclü
canlıya CANAVARA tapınır. “Yalquzaq” şerində yazır ki:
“İstər tənha olsun, ya sürü ilə , qurd elə qurdddur,
Ölümün üzünə dişlərini və caynaqlarını qıcayar.
Qurdlar qisascıldır, qurdlar düşmənini bağışlamazlar,
Qurd elə qurddur, qurdlar məğlubiyyətə öyrəşməyiblər...”.
Nigar elə öz Poeziya gecəsində də bunu göstərdi. Səhnəni təkcə özü idarə
etməsiylə, özünün ən gözəl gecəsini elə bəzədi ki, hər şerindən, hər sözündən sonra
alqışlar tükənmədi.
Müharibədən, uşaqlara, qocalara qıyan müharibədən oxudu. Bu gün insanları
qurd ağzı kimi biçən müharibələrdən danışanda isə, müharibəni ölüm yağışına
bənzətdi.
Güllələr yağırdı göylərin ayağına,
Qorxudan Torpağın bağrı çatladı.
Bütün baş verənlər sanki nağıldı,
Qəhrəmanı zalım padşahlar idi.
Hamının bildiyi bir həqiqət: Davanı başlayan dövlət başçıları olur. Onların
iddiaları, qanlı etirasları olmasa, müharibə də olmazdı axı. İnsanlar padşahlar üçün
vuruşur və ölürlər.
Nigar Həsənzadənin şerlərində həyəcan var. Dünya üçün narahat olan, uşaqlar
üçün, insanlıq üçün narahat olan bir ananın ürək çırpıntıları. O nigarançılığın
harada qurtaracağını bilsə, orada da həyata verdiyi suallarını, Tanrıdan almadığı
cavablarını boş buraxacaq... Hələ ki, “Nöqtələri...” var...
Bax elə bu nöqtələrin hər biri bir həqiqət, deyilməyən, söz açılmayan sirr,
oxunmayan kitab, yazılmayan şerdir. Onun şerlərində hirss var, hikkə var...

Onun şerlərini oxuyanda bir mütləqi də yəqin edirsən ki, güclü adamlar öz
arzularını reallığa çevirə bilir. Nigar səmimidir, Nigar özüdür. Stolun üstündə
üzərində qadın dodaqlarını izi qalmış badələr, özgə evində soyuyan yataq,
isinməyən odalar... yuxulu qızılgüllərin ləcəkləri, sərxoş və soyuqlamış havaların
hamısı sevgidən-sevgiyə dəyişən mənzərələrdir.
O tək-tək sufilərdəndir ki, özünü dünəndən ayıra bilmir, o həm bü gündür, həm də
dünəndir. Nigarın şerlərini oxuduqca bir də anlayırsan ki, özünə o qədər inamıldır
ki, bu inam da ona yaşamağa, yaratmağa güc verir. Nigarın yazdıqları şerlər insanı
düşünməyə, özünü və həyatı onun gördüyü kimi baxmağı öyrədir. Onun şerlərini
oxuyanda sehrə düşürsən, Nigarın dünyasının sehrinə. Bu gözəl, fəlsəfi sətirləri
anlamaq üçün mütləq “Bilək” kitabını oxuyun.
O zaman bir daha anlayacaqsınız ki, bu dünyada heç nə təsadüf deyilmiş, insanın
başına gələnlər lap elə dinivə fəlsəfi kitablarda yazılan kimi əməlləridir, qarşısına
çıxır. Xoşbəxt olmağın sirrini bilmək istəsən, onu qazanmaq üçün çalışmalısan,
xoşbəxtlik insana havayı verilmir.
Nigarı Həsənzadənin poeziya gecəsinin sonunda səhnəyə biləyindən tutduğu,
yola çıxardığı gənclər çıxdı. O yaradan gəncləri yalnız Nigar kimi Tanrı bəndəsi
Yer üzüündəki inasnaların arasından seçə bilərdi. Ngarın Poeziya gecəsindən
dostları ürəklərində günəş boyda istilik apardılar. Nigar öz xoşbəxtliyindən kainata
və ətrafdakılara pay verən Tanrı bəndəsidir.

 
Aida Eyvazlı. ( AZpress.AZ)

 

VİDEO :

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !