Odlu-alovlu İlyas Alovlu ( Elegiya) - - Tahir ƏLƏKBƏRLİ

Odlu-alovlu İlyas Alovlu ( Elegiya) - Tahir ƏLƏKBƏRLİ

Odlu-alovlu İlyas Alovlu
( Elegiya)

 

Ölümündən iki gün öncə mənə zəng eləmişdi. Əhvalı əla idi. Təzə il qabağı ən çox sevdiyi doğma Tovuzuna getmişdi. Oradan zəng eləmişdi. Bu da Tanrının bir möcüzəsidir. Onu doğma Şamlı kəndinə son görüşünə aparmışdı. Dedim Şair sənin üçün darıxmışıq tez gəl. Dedi tez gələcəm. Kişi xasiyyətli əsl kişi təpərli idi. Dostcanlı, pak, təmiz, saf, qayğıkeş, mənəviyyatı dupduru, şər böhtandan uzaq, can deyib, can eşidən bir varlıq idi İlyas müəllim. Həmişdə də bu sözləri tez-tez təkrar eləyirdi.



Elə bir aləm istərəm,
Orda şər, böhtan olma
ya.
Can deyib, can eşidəsən,
Arada şeytan olmaya.


Hələ də onun yoxluğuna inana bilmirəm. Yoxluğu ilə bizi yandırıb, külə döndərdi. İnana bilmirəm ki, İlyas Alovlu bu gün aramızda yoxdur. Hər dəfə birlikdə olanda çox maraqlı söhbətlər edər, təzə seirlərindən odlu-alovlu deyərdi biz də qulaq asardıq. Həm də o şeirləri sazda ifa eləyib oxuyardı.
Düzlüyü sevər, yalan danışanlardan xoşu gəlməzdi. Maraqlı, saf, təmiz insanları xoşlayırdı. Çünki, özü də saf, təmiz idi.
O, insanları təmənnasız görmək istəyərdi. Ona görə də ağıllı, savadlı, hiylədən uzaq insanlarla təmasda olmağı xoşlayırdı.
Bir şeirində belə deyir :


Həmsöhbət olmağa kamil bir insan,
Ürəyimdən keçdi, kim olur olsun.
Dost-qardaş bir yana, nə yad, nə qohum,
Ürəyim ki, seçdi, kim olur olsun.


İlyas Alovlu ailəyə bağlı, övladlarını canından çox sevən insan idi. O, qayğıkeş bir insan, sözü bütöv, gözü-könlü tox, mənəviyyatı təmiz bir varlıq idi. Eyni zamanda Vətən təəssubünü çox çəkdi. Vətənini, millətini, xalqını çox sevirdi və çox səxavətli, alicənab bir ziyalı, təpədən-dırnağa çox istedadlı şair idi. Belə ki, bir şeirində belə deyir :


Ömründə əl tutmamısan, səxavətdən danışma,
Təbiətdən bixəbərsən, təbabətdən danışma,
Şeytan ilə oldun şərik, şəkkin var şəriətə,
Heç olmasa insaf elə, ibadətdən danışma .


Biz onunla tez-tez görüşərdik.Söhbətlərimiz hər zaman çox maraqlı olardı. Ona görə də İlyas müəllimə çox bağlanmışdıq.

Bax, buna görə İlyas Alovlunun ölümü dostlarını çox sarsıtdı, yandırdı.
Çünki dostluğa odlu-alovlu sadiq bir insan idi. Bizi odsuz-alovsuz yana-yana qoyub getdi İlyas Alovlu. Elə bil ki, “Asimanımdı” şeirindəki bu bəndləri özü üçün demişdi.

 

Vətənə xidmətim, elə hörmətim
Mənim şərəfimdi, mənim şanımdı.
Bu yolda canımı fəda etməyə
Mənə yol göstərən öz vicdanımdı.



Dağlar ilhamımdı, bulaqlar gözüm,
Vətən, hikmətindən güc alır sözüm.
Hüsnü-cəlalına qurbanam özüm,
Sərhədin-səngərin xanimanımdı.


Köklü qayaların, axar suların,
Qüdrətdən qurulmuş saf duyğuların.
Alovlu eşqinə düşüb buların,
Qarlı zirvələrin asimanımdı !

 

Gələn il, biz sənin 80 illik yubileyini keçirməyə hazırlaşırdıq əzizi qardaşımız. Həm Bakıda və həm də doğulduğun Tovuz rayonunda. Hər dəfə bir yerdə oturanda bu haqda danışrdıq... Bax, belə yerdə deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə deyim Tanrının yazısına...


Əziz dostumuz. Fevral ayının 5-də sənin dünyanı dəyişməyinin 40 günü tamam olur. Nə tez gəlib keçdi bu 40 gün?.. Heyif səndən əziz dostumuz...


Allah sənə qəni-qəni rəhmət eləsin, qəbrin nurla dolsun, yerin behiştlik olsun əziz dostumuz, qardaşımız İlyas Alovlu... Sən hər əməlində odlu, alovlu idin. Bu, soy adlar sənə necə də yaraşırdı.

 

 

 


Dostlar adından –Tahir ƏLƏKBƏRLİ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !