"ASAN Xidmət könüllülər" Sumqayıt Dövlət Dram Teatrında Sumqayıtlı gənclərə gözəl duyğulu anlar yaşatdılar - (+FOTOLAR)

"ASAN Xidmət könüllülər" Sumqayıt Dövlət Dram Teatrında Sumqayıtlı gənclərə gözəl duyğulu anlar yaşatdılar (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, ölkə gəncləri hər zaman dövlət dəstəyini hiss edirlər və buda onların layiqli kadr kimi formalaşmasına öz töhfəsini verir. Azərbaycan Respublikası Prezidentinin " 2 fevral Gənclər günü kimi qeyd olunması haqqında" sərəncamı və Prezidentin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramı dövlətin mükəmməl gənclər siyasətinə bariz nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən bu siyasətin məntiqi nəticəsi olaraq hər il "Gəncliyin səsi" festivalı gerçəkləşir. Festivalın məqsədi gənc istedadların üzə çıxarılması, onların bilik və bacarıqlarının doğru istiqamətdə yönəldilməsi və yaradıcılıq uğurlarının dəstəklənməsidir.

2016-cı ildən "Gəncliyin səsi" festivalı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.

Cari ildə festival "ASAN könüllülər" təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli, Masallı rayonlarında planlaşdırılır. 2 fevral Gənclər günündə "ASAN Xidmət könüllülər" Sumqayıt Dövlət Dram Teatrında Sumqayıtlı gənclərə gözəl duyğulu anlar yaşatdılar. Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyası ASAN könüllülərin maraqlı oyun tərzində tamaşaçılara çatdırıldı.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, şəhər icra hakimiyyəti ictimai- siyasi, humanitar şöbəsinin müdir müavini Fərman Kazımov və başqaları çıxış edərək gənclərə göstərilən dövlət qayğısından, onların təhsil və karyera perspektivlərinin açılmasına yönəlik münbit şəraitdən danışdılar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )