BAKI GƏNCLƏR MƏRKƏZİNDƏ "FƏAL GƏNCLƏR TƏŞKİLATLARININ MÜKAFATLANDIRILMASI MƏRASİMİ BAŞ TUTUB - (+FOTOLAR)

BAKI GƏNCLƏR MƏRKƏZİNDƏ "FƏAL GƏNCLƏR TƏŞKİLATLARININ MÜKAFATLANDIRILMASI” MƏRASİMİ BAŞ TUTUB (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 2 Fevral 2019-cu il, saat 11:00-da Gənclər Günü münasibətilə “Bakı Gənclər Mərkəzi”ndə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində "Fəal Gənclər Təşkilatlarının mükafatlandırılması” mərasimi baş tutub.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova , Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova, gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova ilk öncə, 2 Fevral Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edərək ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd etmişdir.

Məryəm Məcidova vurğulayıb ki, 1995-ci ildən təsis olunmuş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası hal-hazırda öz ətrafında 128 gənclər təşkilatını birləşdirən ölkə gəncləri və təşkilatların yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədi öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdan ibarətdir. Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edərək, Azərbaycanın 20 ildən uzun müddətdir ki, bu günü bayram kimi qeyd etməsinin çox sevindirici hal olduğunu qeyd edib. Sosial şəbəkələrin və onlayn xəbər portallarının indiki gənclərin həyatına mühüm rol oynaması vurğulayan Seymur Hüseynov, Gənclər Gününün tarixi və Gənclər siyasəti haqqında daha ətraflı məlumat əldə edə biləcəklərindən danışıb. Eyni zamanda, gənclərə bu tip tədbirlərdə tez-tez iştirak etmələrini və daha aktiv olmalırını tövsiyə edib. Son dövrlərdə dövlətin bütün qollarında gənclərlə bağlı müəyyən funksional məsələlərlə əlaqədar fəaliyyətini genişləndirməsinin möhtəşəm hal olmasını xüsusi vurğulayıb.

Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxışı edərək, 2 Fevral Gənclər Gününün Bakı Gənclər Mərkəzində keçirilməsinin sevindirici hal olduğunu bildirərək, bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edib.

Rəvanə Həşimova, daha sonra yeni istifadəyə verilmiş mərkəzlə bağlı təqdimat keçirərək, Bakı Gənclər Mərkəzində həyata keçiriləcək layihələr, planlar və xidmətlərlə bağlı geniş məlumat vermişdir.
Davamında Bakı Gənclər Mərkəzinin əməkdaşı Aydan Ağayeva qeyd etmişdir ki, yeni bir proqram olan “Gənc Könüllülər” böyük bir platforma kimi gənclərin ətraf mühitin müdafiəsi, kompozisiyanın mərkəzində - gənc könüllü, qayğı və dəstək və mədəni dəyərlərin qorunması istiqamətləri üzərindən fəaliyyətə başlayacaq.

Proqram müddətində gənc könüllülər, onlar üçün yaradılmış sosial portfoliodan yararlana biləcək. Belə ki, onlara bonus həvəsləndirmə sistemi ilə iştirak etdikləri layihə, tədbir, təlim, seminarların balları toplanıb hədiyyələr veriləcək.

Qeyd edək ki, təqdimat sonrasında “Gənc Könüllük” proqramına müraciət forması açılmış, tədbir iştirakçılarından 50-yə yaxın gənc könüllülük üçün müraciət etmişdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Hüseyn Məmmədov, qurumun 2019-cu il üzrə fəaliyyət planını təqdim edərək, növbəti il ərzində həyata keçiriləcək proqramlar, layihələr və kampaniyalar barədə ətraflı məlumat vermişdir. Hüseyn Məmmədov, həmçinin qeyd edib ki, “Azərbaycanın gənclər təşkilatları dayanıqlı inkişaf naminə”, “Azərbaycan üçün bir olaq: gənclər təşkilatının onlayn töfhəsi”, “Gənclər təşkilatlarının iştirakçılığı və inklüzivlik” proqramları növbəti il ərzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əsas fəaliyyət strategiyasına daxil olaraq onlarla layihə və kampaniyaları özündə cəmləşdirəcək.

Daha sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Yerli layihələr üzrə katibi Azər Əliyev çıxış edərək, NAYORA-nın “Azərbaycan Gəncliyinin 100 Siması” kampaniyası haqqında qısa məlumat verib. O, bildirib ki, kampaniya NAYORA-nın 2019-cu il üçün planlaşdırdığı 3 yerli proqramdan biri olan “Gənclər təşkilatlarının iştirakçılığı və inküzlivlik” proqramı çərçivəsində fəaliyyət göstərəcək. Azər Əliyev kampaniyanın kriteriyaları, məqsədləri, istiqamətləri barədə də məlumat verərək çıxışını yekunlaşdırıb.

Bundan əlavə tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən hazırlanan "Gənclər təşkilatların 2018-ci il fəaliyyətinin videoçarxı" da təqdim olunmuşdur. Videoçarxda quruma üzv olan gənclər təşkilatlarının ötən il üzrə fəaliyyəti əks olunub.

Tədbirdə həmçinin 10 gənclər təşkilatı müxtəlif nominasiyalar üzrə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən mükafatlandırılıb.

Mükafatların təqdimatında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak etmiş və mükafatları təşkilat rəhbərlərinə təqdim etmişdir.

Son olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı olan “Gənc Elçilər” proqramının yekun hesabatını təqdim edib. Aydın Mehdiyev, Proqramın əsas məqsədindən bəhs edərək, qeyd etmişdir ki, Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “Gənc Elçilərin” yetişdirilməsi, gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi və gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılması böyük əhəmiyyət kəsb edir.

Tədbir Gənc Elçilərin mükafatlandırma mərasimi ilə yekunlaşıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !