Ətraf mühitlə bağlı təlimlər davam edir- - növbəti təlim (+FOTOLAR)

Ətraf mühitlə bağlı təlimlər davam edir- növbəti təlim (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 03 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrariqtisadiyyat” fakültəsinə məxsus auditoriyada Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Aqrobiznes Assosiasiyasının təşkilati dəstəyi ilə “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihə çərçivəsində “Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusundanövbəti təlimkeçirilmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəfər Cəfərov öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün birdaha minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Qeyd edib ki, əvvəlki təlim sessiyası kimi bugünkü təlimdə məhz Gənclər gününə həsr olunub.

Daha sonra çıxış edən Aqrar iqtisadiyyat fakültəsinin dekanı dosent Asəf Qasımovlayihə iştirakçılarını salamlayaraq təlimingedişatında uğurlar arzu edib. Çıxışlardan sonra isə təlimçi Fərrux Rəhimovun təqdimatında müvafiq mövzuda ikinci təlim keçirilib. Təlimin mövzusu iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlimdə ümumilikdə 48 nəfər iştirak edib və təlim zamanı iştirakçılar onları maraqlandıran bir sıra sulları təlimçiyə ünvanlandıraraq bu istiqamətdə dünya görüşlərini və biliklərini artırmışlar.İlkin təlimdə yaradılmış “EKO KLUB”un üzvlük siyahısı daha da genişləndirilərək ümumilikdə 19 nəfərə  çatdırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !