Bakı Gənclər Mərkəzində Azərbaycan Gəncləri Günü qeyd olunub... - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Bakı Gənclər Mərkəzində Azərbaycan Gəncləri Günü qeyd olunub... +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Bakı Gənclər Mərkəzində (BGM) 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub.
AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və BGM-in birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
NAYORA-nın sədri Məryəm Məcidova Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə gənclərin inkişafı, onların asudə vaxtının səmərəli təşkili və beynəlxalq aləmə inteqrasiyası üçün hər cür şərait yaradılıb. Azərbaycan gəncliyi həmişə kreativ ideyaları ilə fərqlənir. Bu gün ölkə gəncliyi durmadan inkişaf edir və yaradılan böyük imkanlar yeni uğurlara yol açır.
Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov təmsil etdiyi qurumun fəaliyyətindən danışarkən deyib: “Fond gənclərin ideyalarını reallaşdırmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirir. Ümumiyyətlə, qurum ölkədə gənclər siyasətinin inkişafına mühüm töhfə verir. Ölkəmizdə gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib”.
BGM-in direktoru Rəvanə Həşimova ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı dönüş yarandı. Dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələdə davam etdirilir.
“Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini gənc nəsillə bağlayır. Ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır”, - deyə R.Həşimova əlavə edib.
Sonra ötən ilin dekabrında açılışı olan və fevralın 2-də fəaliyyətə başlayan BGM ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra Gənc Könüllülər Proqramının fəaliyyəti ilə bağlı məruzə dinlənilib. Ardınca NAYORA-nın 2019-cu il üçün fəaliyyət planının təqdimatı və qurumun gənclərin iştirakçılığı və inklüzivlik proqramı çərçivəsində həyata keçiriləcək “Azərbaycan gəncliyinin 100 siması” kampaniyasının təqdimatı olub.
Sonda gənclər təşkilatları arasında 2018-ci ildə fəallığına görə seçilən gənclər təşkilatları mükafatlandırılıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )