Müdafiə naziri bölgələrdə yeni inşa edilən bir neçə hərbi obyektdə olub - (ViDEO+FOTOLAR)

Müdafiə naziri bölgələrdə yeni inşa edilən bir neçə hərbi obyektdə olub (ViDEO+FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )