“Facebook” istifadəçiləri üçün yeni imkan -

“Facebook” istifadəçiləri üçün yeni imkan

 "Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.  “RİA  Novosti”  xəbər verir ki, bu barədə "Facebook Messenger"in məlumatında bildirilir.

 

Məlumatda bildirilir ki, bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa göndərdilən mesajları asanlıqla silməyi mümkün edən funksiya işə salınacaq: “Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək", yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq. Yeni funksiya "iOS" və "Android" əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )