Yaxın qonşu, strateji müttəfiq, mehriban düşmən... - - Faiq İsmayılov

Yaxın qonşu, strateji müttəfiq, mehriban düşmən... - Faiq İsmayılov

Azərbaycanın yaxın qonşusu olan Gürcüstan iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirib, içgüzar ilişgiləri inkişaf etdirmək əvəzinə, müxtəlif yollarla Azərbaycanı iqtisadi güzəştlərə məcbur etmək üçün, çox iyrənc metodlara əl atır. Bəzi üzdəniraq gürcü “analitiklər” belə hesab edirlər ki, məhz onların ölkələrinin razılığı sayəsində Azərbaycan öz enerji resurslarını Türkiyəyə və Avropa bazarlarına çıxara bilir. Guya Gürcüstan olmasa Azərbaycan bu enerji dəhlizindən məhrum olardı.

Gürcü analitiklər düşünürlərki, bu məsələ ətrafında manukulyasiya etməklə Azərbaycanı güzəştə getməyə məcbur etmək, daha çox dvidend qoparmaq olar. Bu işbazlar görəsən nədən dərk etmirlərki, hələ Sovetlər dönəmindən Bakı – Novorossiysk neft kəməri mövcud olub, indi də işlək vəziyyətdədir, Azərbaycanın rusiyayla olan münasibətləridə tam normal vəziyyətdədir. Deməli, Bakının Qara Dənizə çıxışı Gürcüstansız da mümkündür.
Bunlar düşünmürlərki əgər bu nəqliyyat dəhlizi Gürcüstandan keçrməsəydi o zaman Gürcüstanın taleyi necə olardı? Onlar, hansı maliyyə hesabına yaşayardılar?Məhz bu dəhlizin hesabına Türkiyə Gürcüstana qucaq açdı, indi hər gürcüstan vətəndaşı tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə girib çıxa bilir, ilişgilər qurur bi çoxu bizneslə məşğul olur.
Yaxın qonşu kimi Gürcüstan xalqı, Gürcüstan Dövlətinin bugünkü mövcudluğuna görə Azərbaycana minnətdar olmalıdır. Beləki 1990-cı illərdə Azərbaycan Gürcüstana dəfələrlə təmənnasız maliyyə yardımları göstərib. 2008-ci ildə isə Rusiya hərbi təcavüz edəndə, Gürcüstanın taleyi tükdən asılı idi. O zaman Azərbaycan Gürcüstana dəstək verməsəydi blokada şəraitində yaşayan Gürcüstan, cəmi bir il ərzində kiçik hissəcəklərə parçalanacaqdı. Bunu hər bir gürcüstanlı başa düşüb anlamalıdır. Anlamalıdırlar ki, qarın tox olanda qonşulara təziq göstərmək istəyi dövlətçilik ənənələrinə uyuşmur.
Müasir Gürcüstan bu ərazidə yaşayan müxtəlif xalqların birliyindən yarandığına və onlarda aborgen xalq olmadığına görə bu ölkədə nəinki özünəməxsus dövlətçilik ənənələri heç vahid dövlət adıda formalaşdırabilməyiblər. Beləki uzaq keçmişdə bu kiçik ərazidə İberiya və Kolxida adlı dövlətlər olub. Vahid dövlət olmayıb.

Hal-hazırda gürcülər öz dövlətlərini “Sakartvelo", azərbaycanlılar "Gürcüstan", farslar "Qorcestan", ermənilər "Vrastan", ruslar "Qruziya" İngilislər isə "Georgia" adlandırırlar.Dövlətlərinin müxtəlif dillərdə vahid adı yoxdur. Belə çıxırki bunlarda nəinki vahid dövlətçilik ənənələri, heç vahid mehriban qonşuluq siyasətidə yoxdur. Qədim dövlətçilik ənənələri olan dövlətlərin, qonşuluq siyasəti həmişə diqqət mərkəzində saxlanılıb.
Bütün bunların əksinə olaraq, baxanda görürük ki, bütün tarixi dönəmlərdə Gürcüstan Azərbaycana qarşı düşmənçilik mövqeyində olub. Onların bu siyasətlərinin kökündə həmişə iddialılıq, qarətçilik və şovinizm dayanıb. 1139-cu ildə Gəncə zəlzələsindən istifadə edən gürcüstanlılar şəhərədaxil olaraq Gəncəni qarət etmiş və Azərbaycanın nadir sənət incisi sayılan Gəncə Qapılarını da özləri ilə Gürcüstana aparıblar. Hal- hazırda qapının bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat(Gelati) monastırında saxlanılır. Digər tayı isə sökülərək Gelati monastrının dam örtüyünə vurulmuşdur.
Gəncə qapıları XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı.Maraqlıdır ki, Gelati monastırına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri söylənilir. Halbuki o dövrdə gürcüstanlıların Səlcuq hökmdarlarına qarşı müharibə aparabiləcək gücləri yox idi. Qonşunun dar günündə ona kömək əli uzatmaq əvəzinə, nankorluq etmələri onların genindən gələn məsələdir deyəsən.

1991-ci ildə Gürcüstan müstəqillik qazandıqdan sonra, ölkədə yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşdü. Ölkədə daxili hakimiyyət çəkişmələri, özbaşınalıq və azsaylı xalqlara qarşı mərkəzləşdirilmiş qaydada aparılan ayrıseçkilik əhalinin güzəranını günü-gündən çətinləşdirirdi. O dövrdə Gürcüstan ərazisində yaşayan azərbaycanlı əhali sıxışdırılır, onlar öz dədə-baba yurdlarından zorla qovmağa çalışırdılar. Gürcüstan azərbaycanlılarının yaşadöqları inzibati yaşayış ərazilərində yer adlarının və toponimlərin gürcülər tərəfindən dəyişdirilməsi isə adi hal almışdı.
Lakin zaman keçdi, 1994-cü ilin sentyabrında Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin müqaviləsi adlanan müqavilə imzalandıqdan sonra Gürcüstan Azərbaycan münasibətlərində nisbi istilik yaranmağa başladı.
Beləki, Azərbaycan Gürcüstana iri həcmli invesisyalar qoydu, humanitar yardımlar etdi, faizsiz və ya aşağı faizli Kreditlər verdi bir sözlə Gürcüstanın bir dövlət kimi dirçəlib inkişaf etməsinə şərait yaratdı.Azərbaycan Gürcüstanınenerjiyə olan ehtiyaclarını ödəməklə bu dövləti həm də ona düşmən münasibəti bəsləyənRusiyanın asılığından xilas etdi. Azərbaycan Gürcüstanı tranzit ölkəyə çevirməklə onun dünya ölkələri arasında nüfuzunu qaldırdı.
Bütün bunların müqabilində Gürcüstan Azərbaycanın daxilində baş qaldıran erməni separatizminə dəstək verdi. Beləki Gürcüstan vətəndaşları Qarabağda azərbaycanlılara qarşı döyüşlərə göndərildilər. Bu bəs etmirmiş kimi Azərbaycanda qarətlər, qırğınlar törədən bir erməni əsilli terrorçuya Gürcüstanda təntəli şəkildə büstünün açılışını edərək, bu terrorçunu Gürcüstanın qəhrəmanlıq tarixinə əlavə etdilər.
Bu, Azərbaycan xalqına qarşı xəyanət idi. Bunu nə məqsədlə etdiklərini mən yuxarıda izah etdim. Bunu edənlərin qazancları, düşündüklərinin tam əksinə olacaq. Azərbaycan heç vaxt bu məsələylə bağlı Gürcüstana minnətə getməyəcək.
Bunu edənlər düşünsəydilərki Gürcüstanda həyatın axarını dəyişmək üçün Azərbaycanın əlində çoxsaylı rıçaqlar var, əlbəttəki bunu etməzdilər və ya etdiklərinə görə üzr istəyərdilər. Belə çıxır ki Gürcüstan Dövlət rəhbərlərinin düşüncələri də zəifdir.
Azərbaycana kifayət edər ki, Gürcüstanla olan müqavilələ öhtəliklərini yerinə yetirərkən qiymətlərə bugünkü bazar qiymətlərini tətbiq etsin. Verdiyi kreditlərin faizlərini artırsın. Gürcüstana verdiyi enerji resursları üzərindən güzəştləri ləğv etsin. Güman edirəm ki məhz bundan sonra həm Azərbaycanın büdcəsinə gələn gəlirlərin həcmi artar, həm də Gürcüstanla aramızda daha heç vaxt pozulmayan xoş münasibətlər yaranar.


Faiq İSMAYILOV

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )