İstedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi... - + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

İstedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi... + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

31 yanvar 2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə konsert proqramı eləcə də istedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti Yeganə Axundova başda olmaqla bir sıra mötəbər qonaqlar iştirak edib.
Konsertdə ifaçılar qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının tələbə heyəti də çıxış edib. Musiqi proqramında V.Mustafazadə “Bayatı-Şiraz” (İfa etdilər: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Respublika və beynəlxalq müsabiqələr laureatı, Gənclər mükafatçısı Vüsal Aydəmirov və Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı, Gənclər mükafatçısı İbrahim Babayev), V.Adıgözəlov “Gözəl Bakı”, (İfa etdi: Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin Nəfəs və zərb alətləri ansamblı, Bədii rəhbər və dirijor: Əməkdar İncəsənət xadimi Əlibala Rzayev), A.Səmədzadə “Yağış”, A.Babayev “Я встретил девушку”(İfa etdi: Respublika müsabiqələr laureatı Orxan Cəlilov), Muğam Kompozisiyası (İfa etdilər: Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Muğam Televiziya müsabiqəsinin qalibi Nurlan Namazov və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Gülzar Fərəcova), Ü.Hacıbəyli, Ə.Cavad “Çırpınırdı qara dəniz”(İfa etdi: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrin solisti Aynur İsgəndərli) əsərləri ida olunub.
Sonda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Ceyhun Əzizov, Vüqar Məmmədzadə və Vüsalə Babayeva yaradıcı fəaliyyətlərinə görə diplom və mükafatlarla təltif olunublar. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !