Şabran gəncləri gender bərarərliyinə dair qanunvericiliklə bağlı maarifləndirilir - (+FOTOLAR)

Şabran gəncləri gender bərarərliyinə dair qanunvericiliklə bağlı maarifləndirilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği!” layihəsi davam edir.

Layihənin əsas məqsədi regionlarda gənclər və gənc qadınlar üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.

Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində Xaçmaz və Şabran rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə doqquz təlimi əhatə edən, 3 ay müddətində davam edəcək layihəyə 180 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olunacaqlar. Layihənin növbəti təlimləri Şabran rayonu 5 saylı tam orta məktəbdə keçirildi. Layihəni maraqla qarşılayan gənclər gender bərabərliyinə dair qanunvericiliklə baglı maarifləndirildilər. Təlimin sonunda mövzu ilə bağlı müzakirələr keçirildi. Müzakirələrdə aktiv olan 10 gənc diplomla təltif olundu. Qarşıdakı günlərdə təlimlər Şabran rayon Şahnəzərli kəndində davam edəcək.

Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.

Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )