AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək - (+FOTOLAR)

AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Fevralın 6-da Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) prorektoru, professor Əli Fuad Aydının başçılıq etdiyi nümayyəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov rəhbərlik etdiyi universitet haqqında qonaqlara geniş məlumat verib. Söhbət zamanı, son illər AzTU-nun kadr potensialı, elmi-texniki və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Rektor əvəzi iki il öncə İTÜ-nün texnoparkına etdiyi ziyarəti xatırladaraq, AzTU-da bu cür texnopark mühitinin formalaşdırılması üçün yüksək elmi potensial və istək olduğunu vurğulayıb.

Prorektor Əli Fuad Aydın son illər İTÜ-nün beynəlxalq əməkdaşlıqlar üçün aktiv kansepsiya üzrə işlədiyinə diqqət çəkərək, AzTU ilə əlaqələrin yüksək səviyyədə qurulacağına əminliyini bildirib. Prorektor qeyd edib ki, hazırda İTÜ-nün texnoparkı dünya üzrə Amerika Birləşmiş Ştatları və Niderland Krallığının texnoparklarından sonra üçüncü yerdə qərarlaşır. Bundan əlavə ERASMUS və digər beynəlxalq təhsil layihələrində aktiv iştirak etdiklərini deyən professor Əli Fuad Aydın, gəlcəkdə bu layhələrdə AzTU ilə birgə iştirakın mümkün olduğunu bildirib.

Sonda prorektor Əli Fuad Aydın rektor əvəzi Xalıq Yahudovu İTÜ-yə səfərə dəvət edib. Qərara alınıb ki, səfər çərçivəsində iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalansın.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !