“Qıpqırmızı oldum, amma, xoşuma gəldi” - - Elçinin dinc durmayan dilindən

“Qıpqırmızı oldum, amma, xoşuma gəldi” - Elçinin dinc durmayan dilindən

TV-lərin birində qonaq olan idmançı oğlanın, digər iştirakçı- Aygün adlı gənc qızı qucağına alması, sosial şəbəkələrdə etiraz doğurub. Qucaqdan düşəndən sonra idmançının “yeriniz necə idi, rahat idimi?” sualına gənc qız hədsiz bir sevinclə belə cavab verib: “Qıpqırmızı oldum, amma, xoşuma gəldi”.


P.S. Rəhmətliyin qızı, elə bil qucaq-zad görməyib ki... Zalımın qızı, qucağa çıxmağın efirə qalmışdı? Bunun üçün başqa yer tapmırdın? A kişilər, efiri hərəmxanaya, saunaya, otelə, nəişəxanaya döndəriblər e, mən ölüm. Öz aramızdı, hərəmxananın da, saunanın da, otelin də, nəişəxananın da bir sahibi olur. Amma bu efirlərin niyə sahibi yoxdur, bax, onu bilmirəm. Görəsən, öz ailəsi, uşaqları ilə belə qucağa aldı verlişlərinə baxmaq, bu efirlərə cavabdeh olanların da xoşlarına gəlirmi? 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )