Azərbaycan Gənclər Fondunun "Eko youth" layihəsi həyata keçirildi - (+FOTOLAR)

Azərbaycan Gənclər Fondunun "Eko youth" layihəsi həyata keçirildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə "Eko youth" layihəsi həyata keçirldi. Layihənin təşkilati dəstəyi Yaşıl ASAN ,ASAN Könüllülər təşkilatıdır

Layihənin məqsədi Cəbrayıl, Tovuz, Goranboy rayonları və Gəncə şəhərində müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir.
Layihə çərcivəsində 3 ay müddətində Cəbrayıl rayonu, Tovuz , Goranboy və Gəncə şəhərində yerləşən məktəblərdə ümumilikdə 80 məktəbliyə (hər regionda 20 nəfər olmaqla) 2 saat müddətində "Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və İctimai Vəkillik" və "Gənclərin Ətraf Mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçirildi. Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənmişdir. Layihe müddətində yaşıl iməcilik adı altında təmizlik aksiyası oldu və yığılan tullantılardan 20 yaxın müxtəlif əl işləri hazırlandı hər bölgədə.

Layihənin maliyyə dəstəyi Azərbaycan Gənclər fondu
Təşkilati dəstəyyi :Yaşıl ASAN ,ASAN Könüllülər təşkilatı.
Layihənin keçirilmişdir: 05.02.2019-cu il Tovuz rayonun
06.02.2019 Gəncə şəhəri
07.02.2019 Goranboy şəhəri
Növbəti görüş Cəbrayıl rayon cocuqmərcanlı kəndi olacaqdır .Təlimlər bitdikdən sonar məktəblilərin düzəltdiyi əl işlərini Gəncə ASAN xidmət məkrəzində sərgisi baş tutacaq.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !