Ağcabədidə “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonu Hüsülü kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz radikal dindarlığa qarşıdır” adlı layihə çərçivəsində “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqşin Əliyev, Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev,Ağcabədi rayonu Hüsülü kənd mscidi dini icmasının sədri və imamı Elnur Sadıqov, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak etmişdilər.
Çıxışlar zamanı qeyd olunmuşdur ki, ölkəmizdə radikalizmin qarşısını almaq, yeniyetmə və gənclərimizi yad ünsürlərin təsirindən qorumaq üçün cəmiyyətdə mötədil islam anlayışı haqqında marifləndirmə işinin aparılması zəruridir. Milli-mənəvi və dini dəyərlərimiz gənclərə doğru mənbələrdən, öyrədilərsə, bu sahədə düzgün və mütəmadi marifləndirmə işi aparılarsa o zaman radikal qüvvələrin gənclər üzərindəki təsir qabiliyəti zəyifləyəcəkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandı və çay süfrəsi açıldı.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )