Sərhəddən nə qədər mal keçirmək olar? - - Osman Gündüz yazır..

Sərhəddən nə qədər mal keçirmək olar? - Osman Gündüz yazır..

Gömrük sərhəddindən nə qədər mal keçirmək olar və ya eyni maldan nə qədər keçirmək olar ?
NK-nın bu məsələni tənzimləyən 2013-cü il tarixli 305 saylı qərarında 1500 $ -dan çox olmamaqla 2 ədəd eyni və ya eynicinsli malın gömrük ödənişləri ödəmədən keçirilməsinə icazə verilir.
DGK-nın bu günkü rəsmi açıqlamasında da bu bir daha qeyd olunub.
Amma açıqlamaya və sosial mediadakı müzakirələrə diqqət etdikdə bəzi məqamların bir daha dəqiqləşdirilməsinə ehtiyac duydum.

Diqqət !
Qadağa ilə bağlı bənddə söhbət EYNİ və ya EYNİCİNSLİ malın sayından gedir.
Digər, başqa bir EYNİ maldan da ƏLAVƏ OLARAQ 2 ədəd güzəştli qaydada aparılmasına heç bir məhdudiyyət yoxdur.
Yəni , əgər ailədə 3 uşaq varsa siz 3 müxtəlif əşya və ya 2 eyni +1 başqa hədiyyə ala bilirsiniz.
Əgər 4 nəfərə hədiyyə alınacaqsa 2 adda hansısa mal + 2 adda BAŞQA bir mal ala bilərsiniz.
Və ya əgər qeyri-kommersiya məqsədləri ilə evə və ya dostlara 2-dən çox sayda hədiyyələr alınacaqsa yeganə məhdudiyyət onların toplam sayına deyil, eyni sayda olanlara şamil olunur.
Qaydalarda eyni sayda mallardan 2 ədəd olmaqla müxtəlif sayda malların güzəştli şərtlərlə aparılmasına hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
Təbii ki , onların toplam məbləği 1500 $ aşa bilməz.

p.s. Ümid edirəm və əminəm ki, DGK bu təfsirə etiraz bildirməyəcək 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !