Dövlət Gömrük Komitəsinin nümayəndəsi beynəlxalq idarəetmə orqanına üzv seçilib -

Dövlət Gömrük Komitəsinin nümayəndəsi beynəlxalq idarəetmə orqanına üzv seçilib

 AZpress.AZ xəbər verir ki, fevralın 7-də Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində BYD kitabçası tətbiq edilməklə beynəlxalq yükdaşımaları haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975-ci il) İnzibati Komitəsinin (AC.2) 69-cu sessiyası olub.

Sessiyada keçirilən seçkilərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev BYD İcraiyyə Şurasına (TIREB) üzv seçilib.

Qeyd edək ki, 9 üzvdən ibarət BYD İcraiyyə Şurasına seçkilər hər iki ildən bir BYD Konvensiyasının tərəfi olan dövlətlərin səs verməsi ilə keçirilir. Hazırda BYD Konvensiyasının 74 üzvü var. 2019-cu ildə isə Konvensiyanın Argentina və Omana münasibət də qüvvəyə minməsi ilə bu üzvlərin sayı 76 olacaq.
BYD İcraiyyə Şurasının üzvləri gömrük prosedurlarının idarə olunması, beynəxalq daşımalar və transit əməliyyatlarının tənzimlənməsi sahəsində milli və beynəlxalq səviyyədə müvafiq təcrübəyə malik mütəxəssislərdən seçilir.

Şuranın əsas funksiyaları BYD Konvensiyasının tətbiqinə, gömrük zəmanəti sisteminin fəaliyyətinə, BYD kitabçalarının nəşri və bölgüsü işinin təşkilinə, üzv dövlətlərin səlahiyyətli orqanları arasında operativ və digər məlumatların mübadiləsinə nəzarət, BYD prosedurunun tətbiqi zamanı yaranan mübahisələrin həlli kimi mühüm məsələlərdən ibarətdir.

2019-2020-ci illər üçün BYD İcraiyyə Şurasının üzvlüyünə Azərbaycan nümayəndəsi ilə yanaşı, Rusiya Federasiyası, İran, Türkiyə, Ukrayna, Avropa Komissiyası, İtaliya, Polşa və Bolqarıstan nümayəndələri də seçilib.

Xatırladaq ki, Fərid Vəliyev 2017-ci ildə BYD İnzibati Komitəsinin sədr müavini, 2018-ci ildə isə sədri seçilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !