Camal Əliyevin şöhrəti dünyanı bürüməkdədir! - - Rəşad Məcid yazır..

Camal Əliyevin şöhrəti dünyanı bürüməkdədir! - Rəşad Məcid yazır..

Camal Əliyevi Türkiyədə “öz nəslinin ən çox arzulanan violençel ifaçısı” kimi təqdim edirlər! Camal 1993- cü ildə, Bakıda musiqiçi ailəsində doğulub.Türkiyədə, daha sonra London Kral Musiqi Kollecində magistr təhsili alıb. Bir çox beynəlxalq yarışmalarda birincilik qazanıb! Avropa və Asiyanı konsertlərlə dolaşır! Çox məşhurdur! Dünən Ankarada,
“ Cümhurbaşqanlığı Simfonik Orkestrinin Konsert Salonu”nda solist kimi çıxışını dinledik! Heyrətamiz idi! Qürur duyduq! Violençeli qucağında az qala üfürə- üfürə , sevimlisi kimi daşıyırdı! Sən demə , çaldığı violençel də 1756- cı ildə Covanni Batista Qabrielli tərəfindən hazırlanıb! Camal Əliyevin şöhrəti dünyanı bürüməkdədir! Bakıda konserti hələ ki, olmayıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )