Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb - (ViDEO+FOTOLAR)

Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb (ViDEO+FOTOLAR)

Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

 

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 8-13-cü km-liyini əhatə edən Mərdəkan-Qala hissəsi uzun müddət istismar olunduğuna görə, tam uzunluq boyu deformasiyaya uğramış, çoxlu çatlar əmələ gəlmiş, bir çox hissələrdə asfalt-beton örtük tamamılə dağılmışdır. Yol boyu çiyinlərin bərkidilməsi, həmçinin əhalinin təhlükəsiz hərəkəti üçün səkilərin inşasına zərurəti yaranmışdır. Bütün hərəkət iştirakçılarının rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda kompleks tədbirlərə start verilmişdir.

 

Hazırlanmış layihəyə uyğun olaraq avtomobvil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 66 min kub.m-dir.

 

Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyyat borular atılıb. Optimal-çınqıl qarışığı ilə 22 sm hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 sm qalınlıqda əsasın üst layının təmiri aparılıb. Bu işlər 87 min kv.m sahəni əhatə edib. Ndaha sonra əlaqələndirici bitum səpilməklə asfaltlanma işləri görülüb. İri və xırda dənəli olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kv.m sahəni əhatə edib.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Texnoloji ardıcıllığa uyğun olaraq çiyinlərin çınqılla bərkidilməsi, həmçinin vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə 2650 paqon-metr uzunluğunda səkilərin inşası və kənarlarına səki daşlarının düzülməsi, yolun 630 m-lik məsafəsində 4 hərəkət zolağı olduğu üçün ayrıcı zolağın tikintisi və üzərinə 810 kv.m sahədə tamet daşların döşənməsi işləri də aparılıb.”

 

 

Yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərin tikilməsinə ehtiyac olduğu üçün yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılıb. Bundan başqa layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 paqon-metr uzunluğunda qaz xətlərinin, 75 paqon-metr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv.m mühafizə divarlarının tikilməsi işləri görülüb.

 

Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədəd işıq dirəyi quraşdırılıb, 1200 kv.m sahədə yol ayrıcı və yol birləşmələri təmir edilib. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 15 km uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılıb.