Xalqımızın qəlbində özünə əbədi heykəl ucaldan qəhrəman - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Xalqımızın qəlbində özünə əbədi heykəl ucaldan qəhrəman + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi şəhərindəki Bayraq Müzeyində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatıın və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bayraq Muzeyinin foyesində Mübariz İbrahimova həsr edilmiş sərgi ilə tanış olublar. N saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ muharibəsi veteranlarının, məktəblilərin və rayon ictimayəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Mübariz İbrahimovun, həmçinin respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək, Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb. Bildirib ki, 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqımızın qəlbində əbədi heykəl ucalda bilib.
N saylı hərbi hissənin zabiti İftixar Mehdiyev Mübariz İbrahimovun keçdiyi döyüş yolundan, Prezident, Ali Baş komandan İlham Əliyevin Milli Qəhrəmanlarımıza verdiyi yüksək dəyərdən danışıb, hərbi vətənpərvərlik sahəsində aparılan işllərin vacibliyini vurğulayıb.
Ağcabədi rayon Ağsaqqallar Şurasınn sədri Əlizadə Nəcəfov,YAP rayon təşkilatının baş məsləhətçisi, muharibə veteranı Mehman Novruzov, rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Axundov, gənc əsgər Mirhadi Səmidzadə, şəhid ailələri adından Nüşabə İbrahimova çıxış edərək, Azərbaycan əsgərinin rəşadətindən, silahlı qüvvələrin inkişafından söz açıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər.
Tədbirlərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub, Milli Qəhrəmana həsr olunmuş şerlər səsləndirilib.
İştirakçılar sonda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş filmə baxıblar.


Fotomüxbir Mais Amin
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !