Maarifləndirici tədbir... - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lerik)

Maarifləndirici tədbir... + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lerik)

Lerik rayonunun Hamarmeşə kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi və Lerik rayonunun Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı mütərəqqi dəyərləri özündə ehtiva edən İslam dininin elm, mədəniyyət və həmrəylik dini kimi bəşəriyyəti sülhə səslədiyi qeyd edilib. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” deyən Ulu Öndər Heydər Əliyevin xalqımızın zəngin və çoxəsrlik milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişafındakı misilsiz xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )