Tbilisidə Mixal Avakyanın büstünün götürülməsi tələbi ilə aksiya keçirilib - (+FOTOLAR)

Tbilisidə Mixal Avakyanın büstünün götürülməsi tələbi ilə aksiya keçirilib (+FOTOLAR)

Tbilisidə parlament binası qarşısında Dağlıq Qarabağda döyüşmüş Mixail Avakyanın büstünün qoyulmasına etiraz olaraq aksiya keçirlib.

1000 nəfərə yaxın ölkədə yaşayan azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri aksiyada iştirak ediblər.

Aksiya iştirakçıları ölkədə separatçı bir şəxsin büstünün qoyulmasını pisləyərək bu halın yolverilməz olduğunu deyiblər.

Aksiyada çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və ya abidənin olmadığını qeyd ediblər. O da bildirilib ki, azərbaycanlılar tarix boyu Gürcüstan dövlətçiliyinə sadiq olublar.

Aksiyada Sevinc Hümbətova, Tapdıq Yolçuyev, Benyamin Qasımov, Əlibala Əsgərov, Əhməd İmamquliyev, Azər Süleyimanov, Simon Kopadze, Quram Marxuliya, və Tengiz Txelava, eləcə də digər şəxslər çıxış edərək, Azərbaycan və Gürcüstan dostluğundan danışıb və bu cür halların iki ölkə arasında təxribat yaratmaq məqsədi daşıdığını bildiriblər. Mixail Avakyana büst qoyulmasının Gürcüstanda qeyri-sabitlik yaratmağa yönələn bir addımın olduğu bildirilib və həmin abidənin götürülməsi ilə bağlı şüarlar səsləndirilib.

Onlar Gürcüstan hökumətini büstün götürülməsinə göstəriş verməyə çağırıblar. Təşkilatçılar aksiyanın sonunda bildiriblər ki, Mixail Avakyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcək.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mixal Avakyanın abidəsinin açılışı olub. Abidənin qoyulması etirazlara səbəb olub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !