Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib - (+FOTOLAR)

Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib (+FOTOLAR)

Müdafiə Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gəncliyə Yardım Fondunun və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirilib.
Görüş ön xətdə düşmənlə üz-üzə dayanan, torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.
Əvvəlcə tədbir iştirakçıları 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra qonaqlar əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə tanış olublar.
Gənc müğənnilərin iştirakı ilə təşkil edilmiş konsert proqramı hərbi qulluqçulara təqdim olunub. Sonda xatirə şəkli çəkilib, hərbi hissənin şəxsi heyətinə hədiyyələr təqdim olunub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )