"Düşdü bütün qəzetlər qiymətdən ay can, ay can!" - - Elçin Mirzəbəyli yazır..

"Düşdü bütün qəzetlər qiymətdən ay can, ay can!" - Elçin Mirzəbəyli yazır..

"Düşdü bütün qəzetlər qiymətdən ay can, ay can!" deyib çox da sevincək olmayın. Mənə görə, yazılı media və medianın klassik ənənəri üzərindən boy atan internet resursları nəsli-kökü, atası-anası bəlli olan, normal, sağlam ailədə dünyaya göz açan uşaq kimidi... Üzr istəyirəm, bəzi 3-5 günlük saytlar kimi bic deyil, yəni zinadan doğulmayıb, kol dibində böyüməyib... İndi ağzından söyüş tökülən, mətbuatın "M"-sından xəbəri olmayanlar nəsli-kökü, atası-anası bəlli olan peşəkar medianın, yazılı KİV-in çökdüyünü iddia edəndə, əl atdığı bütün layihələri iflasa uğradan, əlindən boşboğazlıdan başqa bir şey gəlməyən, xroniki narazılıq xəstəliyinin ən son mərhələsini yaşayan, 1 nədir, 100, bəlkə də 1000 işarədən də qanmayanlar onların isterikasına şərik olanda... əlindən "lənət sənə kor şeytan" deməkdən başqa bir şey gəlmir. Çox da sevinməyin, ayaq üstəyik, mücadilə əzmimiz, yolu davam etdirmək bacarığımız əvvəlkindən də yüksəkdir. Biz varıq, olmuşuq və olacağıq da! Gedəcəyik, yerimizdə bizdən daha güclüləri boy atacaq! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )