Elxan Salahovun “Qanlı kaha” kitabının imza mərasimi keçirildi - (+FOTOLAR)

Elxan Salahovun “Qanlı kaha” kitabının imza mərasimi keçirildi (+FOTOLAR)

Həmkarımız Elxan Salahovun müəllifi olduğu “Qanlı kaha” kitabının imza mərasimi keçirildi. Kitab 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndinin sakinlərinin yaşadıqalrı dəhşətli hadisələri özündə əks etdirir. Ermənilərin ətraf kəndləri mühasirəyə almasından gec xəbər tutan sakinlər kəndlə rayon mərkəzini birləşdirən tuneldən keçən yolun kəsilməsi nəticəsində 113 gün məşəqqətlər yaşayıblar.
Əsər erməni quldurlarının törətdiyi dəhşətli qətliamları, vandalizm hərəkətlərini görmüş və hər saniyə qətlə yetirilmək, əsir götürülmək təhlükəsi yaşamış şahidlərin xatirələri əsasında yazılıb.
Gələcəkdə azmayaq, yanılmayaq, aldanmayaq deyə,Qarabağ müharibəsinin canlı tarixini yazanlara - Elxan Salahovun, Vusala Mammadovanın, Ramila Qurbanlının, Rey Kerimoglunun və Azərbaycanın cəlb olunduğu müharibə tarixini yazan bütün qələm adamlarının Vətən sevgisi qarşısında baş əyirəm. 

Ceyhun Musaoğlu

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )