Firudin Qurbanov Çex səfiri ilə görüşüb - (+FOTOLAR)

Firudin Qurbanov Çex səfiri ilə görüşüb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən müddət ərzində ikitərəfli münasibətlərdə böyük nəticələr əldə edildiyini bildirib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çex Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi arasında qurulan əlaqələri qeyd edən F.Qurbanov, eyni zamanda,Bakı Dövlət Universiteti ilə Çexiya universitetlərinin əməkdaşlıq əlaqələrinə də diqqət çəkib. BDU-nun ÇexiyanınMasarik Universiteti, Kimya TexnologiyalarıAli Məktəbi, Palaski Universiteti və Karlov Universiteti ilə əməkdaşlıq etdiyini, bu ali təhsil müəssisələri ilə imzalanmış layihələrin nəticəsi olaraq tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edən F.Qurbanov,1960-cı illərdən etibarən iki ölkə universitetləri arasında təşkil olunan və əsasən təbiət fakültələrinin müəllim-tələbələrinin iştirak etdikləri yay məktəbləri ənənəsinin dədavam etdiyini vurğulayıb.
BDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirən F.Qurbanov, ikili diplom, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyini qeyd edib.

Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, öz növbəsində, xoş qarşılanmaya görə minnətdarlığını bildirib. Azərbaycan-Çexiya münasibətlərininyüksək səviyyədə olduğundan razılıq ifadə edərək, ali təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Səfir ikili diplom, Çexiyada təhsil almaq, tədqiqat aparmaq istəyən tələbələr üçün viza prosedurunun sadələşdirilməsi, mədəniyyət, elm və tədqiqat sahələrində gənclərin mübadiləsi və qarşılıqlı əməkdaşlıq kimi layihələrə dəstək verən Beynəlxaq Viseqrad Fondu ilə əməkdaşlıq kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !