Erməniləşdirilən yurd yerlərimiz: - Tuğ kəndi... - - Faiq İsmayılov (+FOTOLAR)

Erməniləşdirilən yurd yerlərimiz: - Tuğ kəndi... - Faiq İsmayılov (+FOTOLAR)

Tuğ – Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Kənd Xocəvənd rayonunda, rayon mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir. Əhalisinin sayı 2000 nəfərd olub. Kənd əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdu. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana olub. Tuğ kəndinin
məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri vardır. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. "Tuğ" sözünün bir neçə mənası var: bu adı "zirvə" və "bayraq" kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Bir bilgiyə görə isə Tuğ — qıpçaq kökənli bir soyun adıdır.

Daha bir Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlı olduğu bildirilir. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır. Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ şenliyi idi. 1727-ci ilə bağlı qaynaqda qeyd olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayır. Kəndin 10 dəyirmanı var. Əhali dənli bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərir. Dizaq mahalını məliklər idarə edirdilər. Məlik mahalın mərkəzi Tuğ kəndində əyləşirdi. Atadan oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı idilər.

I Şah Abbas Səfəvinin (1587—1629) hakimiyyəti dönəmində Dizaq mahalının başçısı Məlik Sucum idi. Dizaq mahalını XVIII yüzildən bəri Məlik Yeqan və onun oğlu idarə etmişdi. Dizaq mahalı, onun mərkəzi Tuğ kəndi Rusiya-İran savaşları dönəmində tapdaq yeri olmuşdu. Bu kənd varlı olduğundan, həm rus, həm də İran ordusunun düşərgə yerinə çevrilmişdi.

Müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolu olmuşdur. Beləki, Azərbaycan Milli İstiqlal Hərəkatı tarixində ictimai siyasi xadim kimi tanınan, xalqımızın əsrlər boyu yetirdiyi böyük şəxsiyyətlərdən biri Cavad bəy Rza bəy oğlu Məlikyeqanovdur. 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilərək vəhşicəsinə dağıdılmışdır. İşğal altında qalan bu kəndin tarix mədəniyyət abidələri ermənilər tərəfindən formaları dəyişdirilərək
erməniləşdirilir.

Faiq İSMAYILOV 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !