MOBİL TELEFONDAN YAPIŞAN GƏLİN - - Şirinxanım Kərimbəyli ŞADİMAN

MOBİL TELEFONDAN YAPIŞAN GƏLİN - Şirinxanım Kərimbəyli ŞADİMAN

MOBİL TELEFONDAN YAPIŞAN GƏLİN


Mobil telefondan yapışan gəlin,
Evində iş-gücün tökülüb qalıb.
Qeybətlə, yalanla çarpışan gəlin,
Qəlbin talan olub, sökülüb qalıb.


Mətbəxdə qab-qacaq yuyulmayıbdı,
Beşikdə körpən də haray qoparır.
Qonum- qonşulardan vallah ayıbdı,
Telefon azarın səni aparır.


Qazanın nahara xörək gözləyir,
Bir azdan gələcək ərini düşün.
Səni sevgi dolu ürək gözləyir...
Ayıl, özünə gəl, dərini düşün!


Hazırla biş-düşü, üzə sığal ver,
Əyninə ən yaxşı donunu geyin.
Ərin gələn kimi göstər başda yer,
Sonra deyə-gülə olandan yeyin.


Evin dərdi-sərin tökmə üstünə,
Dodaqdan gülüşün əskilməsin heç.
Qurduğun həyatın durma qəsdinə,
Süfrəndən bərəkət kəsilməsin heç.


Körpə balalara insanlıq aşla,
Analıq adınla aləmə nur ol.
İçindən boylanan şeytanı daşla,
Xəyanət tapmasın qoy ailənə yol...


Mobil telefondan yapışan gəlin,
Telefon azarın sağaltmaq olmur.
Hər dedi-qoduyla çarpışan gəlin,
Sonra pis vərdişə heç batmaq olmur.


Qaynata, qaynana əzizin olsun,
Onlara hörməti heç vaxt unutma.
Ərin, balaların sağ gözün olsun,
Ev söz-söhbətinə qonşunu qatma...


Baldızın, qayının varsa əziz tut,
Bil ki, öz yarının doğmalarıdı.
Ruhunu, qəlbini daim təmiz tut,
Etdiyin nədirsə o qalarıdı...


Sən başqa bir evə ocaq gəlmisən,
Qoyma o ocağın közü azalsın.
Sevdiyin oğlana çıraq gəlmisən,
Qoyma vaxtsız çöküb, vaxtsız qocalsın.


Unutmaq çətindir ata evini,
Amma doğma yuvan köçdüyün evdir.
Qoyma şər-şeytanlar tuta evini,
Bu ev, eşq andını içdiyin evdir!


Mobil telefondan yapışan gəlin,
Ərin mobil deyil, yekə kişidi!
Kimliyin unudub hədd aşan gəlin,
Boşasa demə ki, tale işidi!...


Nə bir təhsilin var, nə bir sənətin,
Ərə getməyini önə çəkmisən.
Getdiyin ailədə xoşsa niyyətin,
Demək yar könlündə güllər əkmisən.


Sən bu Şadimanı qınama gəlin,
Demə ki, söz əhli boşboğaz olur.
Mobil telefondan vaz keçsin əlin,
Bil bədbəxt olanda doğma az olur...


06.02.2019
Şirinxanım Kərimbəyli ŞADİMAN
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )