Baku Chamber Orchestra Gənclər Kamera Orkestrinin konserti keçiriləcək -

“Baku Chamber Orchestra “ Gənclər Kamera Orkestrinin konserti keçiriləcək

AZpress.AZ xəbər verir ki, 20 fevral saat 19.00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Baku Chamber Orchestra “ Gənclər Kamera Orkestrinin konserti keçiriləcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır və son illər ərzində klassik musiqi mədəniyyətimizdə öz ifası ilə tanınmış, özünəməxsus yer tutmuşdur. Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, baş dirijoru əməkdar artist Fuad İbrahimov, direktoru BMA-nın Beynəlxalq Ələqələr üzrə prorektoru, xalq artisti, professor Yeganə Axundovadır. Orkestrın tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatlar və istedadlı ifaçılar daxildir.

“Baku Chamber Orchestra” H.Əliyev Fondunun təçkilatçılığı ilə “Qafqaz Mədəniyyəti günləri” çərçivəsində Fransanın Bordo şəhərində “Theatre Femina” səhnəsində, “Silk and Fire” beynəlxalq festivalı çərçivəsində Fransanın Mulhouse şəhərində, Almaniyanın “Münhen Yeni Filarmonik Orkestri”nin tərkibində, Türkiyə, BƏƏ, İtaliya, Fransa, Yunanıstan, Özbekistan, Belçika və Azərbaycanın müxtəlif bölgələrində konsert programları ilə çıxış etmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan gənclər günü münasibəti ilə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni irsin təbliği istiqamətində fəal iştirakina görə fəxri diplomlara, “Bakılı Cəmiyyəti” tərəfindən “Humay” milli mükafatına layiq görülmüşdür.

Programda Dmitri Shostakovich – Chamber Symphony in C minor, Op. 110a (arr. By Rudolf Barshai):

Alfred Schnittke – Concerto GrossoNo.1, For 2 violins harpsichord, piano and strings

əsərlər səslənəcək.

 

Solistər Nəzrin Aslanlı və Rovşən Əmrahov 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !