Peşəbook Mədəni Niyyət xeyriyyə platforması tərəfindən mentorluq layihəsi həyata keçirilib - (ViDEO+FOTOLAR)

Peşəbook Mədəni Niyyət xeyriyyə platforması tərəfindən mentorluq layihəsi həyata keçirilib (ViDEO+FOTOLAR)

Yanvarın 10-u "Mədəni Niyyət"in təşkilatçılığı və Dünya Bankı Qrupu Beynəlxalq Maliyyə
Korporasiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Peşəbook layihəsi start götürdü.1 ay davam
edən layihə müddətində xüsusi qayğıya ehtiyacı olan 5 gənc öz maraq dairələrinə uyğun olaraq,
parça üzərində işləmə, buket dizaynı, vizaj və qrim, şirniyyat bəzədilməsi və İT dərslərində
iştirak edirlər. Beləliklə, gələcəkdə arzusunda olduqları sahələrdə çalışa bilmək üçün bir addım
atırlar. "Mədəni Niyyət" Peşəbook-un “Yol ilk addımdan başlayır” devizi ilə uğurla fəaliyyətini
davam etdirən pilot layihəsindən yola çıxaraq, layihənin daha geniş miqyaslı və uzun müddətli
olması üçün çalışmaqdadır.
Peşəbook layihəsi xeyriyyə sahəsində davamlı olaraq müxtəlif layihələr həyata keçirən "Mədəni
Niyyət" xeyriyyə platformasının ən yeni layihələrindən biridir. Bir ay boyunca davam edən pilot
layihə və onun davamı müddətində gözlədiyimiz nəticələr böyükdür.
“Mədəni Niyyət” 2015-ci ildə xeyriyyə platforması kimi mədəniyyət sahəsinin müxtəlif
istiqamətlərində layihələr həyata keçirmək məqsədilə təsis olunmuşdur. Platforma, özünü
cəmiyyətdən kənar hiss edən insanların, cəmiyyətin mədəni həyatında kiçik layihələrlə aktiv
iştirakını təmin edir.
Bu platforma daxilində indiyə qədər Narkoloji dispanserdə, Psixiatrik xəstəxanada, qadın və
uşaq sığınacağında,, Onkoloji Mərkəzdə bir sıra mədəni və sosial layihələr həyata keçirilib.


Təşəkkürlər:
Amburan Beach Club, Cake Bake, Fleur Privee, Modaart
Fashion School, Beauty Academy by Anar Ağakişiyev, Müşviq
Əlil uşaqlara yardım ictimai birliyi, “Bir” Tələbə-Könüllü
Proqramı

 

Rabiyət Heydərli
Layihələr üzrə koordinator 

 

                                                                         

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )