NAXÇIVAN MUXTAR RESPUBLİKASININ COĞRAFİYASI"NIN II CİLDİ NƏŞR OLUNUB -

“NAXÇIVAN MUXTAR RESPUBLİKASININ COĞRAFİYASI"NIN II CİLDİ NƏŞR OLUNUB

AZpress.AZ xəbər verir ki, Akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyevin baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin sonuncu cildi çapdan çıxıb.


10 fəsildən, 380 səhifədən ibarət monoqrafiyada zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafık potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri öz əksini tapmışdır. Fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi-coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzibati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilmişdir.
Kitabın elmi redaktorları AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – c.ü.e.d. Zakir Eminov və c.ü.f.d. Nizami Eyyubovdur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !